İŞİD Mosul aeroportunu partlatdı

85027_res_01“İraq Şam İslam Dövləti” terror təşkilatının üzvləri İraqın böyüklüyünə görə ikinci şəhəri Mosuldakı beynəlxalq hava limanını partladıblar.

Məlumatı TASS yayıb.

Şahidlərin sözlərinə görə, hava limanına ciddi ziyan dəyib. Yeri gəlmişkən, hava limanı bir neçə il əvvəl yenidən qurulmuş və beynəlxalq standartlara uyğunlaşdırılmışdı.

Mosuldan gələn məlumatlara görə, İŞİD üzvləri Diclə çayı üzərindəki körpünü tələsik minalayırlar. Terrorçular şəhərə hücum zamanı körpünü də partlatmağı planlaşdırırlar.

Onu da qeyd edək ki, paytaxt Bağdadın 400 kilometr şimal-qərbindəki Mosul ötən ilin yayından İŞİD-in nəzarətindədir (musavat.com).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR