İzmirlilər metroda qorxulu anlar yaşadı (FOTO)

8474314 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Türkiyənin İzmir şəhər metrosunda xoşa gəlməz hadisə baş verib.ANS PRESS-in məlumatına görə, “Üçyol” stansiyasında eskalatorun qəfildən dayanması ilə sərnişinlər birbirlərinin üzərinə yuvarlanıblar. Hadisə nəticəsində 14 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bəzi sərnişinlər hadisə yerinə cəlb olunan təcili yardım avtomobilində ambulator müayinədən sonra evə buraxılsa da, bəzi yaralılar xəstəxanaya aparılıb. Yaralılardan birinin ayağının sındığı bildirilir.

Qeyd edək ki, eskalatorda nasazlıq təmir olunub istifadəyə verildikdən 10 dəqiqə meydana gəlib. Hazırda nasazlığın səbəbləri araşdırılır.

1b68c64a4224 e14497d3ea59

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR