Kipr parlamentində Xocalı soyqırımı müzakirə olunub

kuzey kibris-soyqirimDJB-nin Mətbuat xidmətindən Qafqaz Xəbər Agentliyinə verilən məlumata görə Şimali Kipr Türk Cümhuriyyətinin parlamentində Azərbaycan Nümayəndə Heyəti ilə birgə Xocalı soyqırımı müzakirə olunub. Müzakirələr Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin təşəbbüsü ilə baş tutub. Nümayəndə heyətinin tərkibinə Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli və Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü Elnur Eltürk qatılıblar. Müzakirədə çıxış edən ŞKTC-nin parlamentinin deputatı Zorlu Törə Xocalıda yaşanan qətliamı soyqırımı aktı kimi dəyərləndirib. O, bu faciənin bəşəriyyət tarixində qara ləkə olduğunu bildirib və dünyanı bu hadisəyə duyarlı olmağa çağırıb. Nümayəndə heyəti spiker Sibel Siberlə da görüşüb, müzakirə aparıblar.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

kuzey kibris-soyqirim2

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR