Kiyev vağzalını “fırladan” bakılı kriminal avtoritet “Babay”ın əhvalatı…

84158_res_01Bu günlərdə Kiyevin Solomensk rayon məhkəməsi əslən Azərbaycandan olan “Babay” ləqəbli kriminal avtoritetə bəraət verib və onu azadlığa buraxıb.

“Babay” Kiyev vağzalında reketlik etdiyinə görə 2013-cü ildə həbs edilmişdi. Ancaq təcridxanada cəmi il yarım qalandan sonra güclü əlaqələri sayəsində azadlığa çıxıb.

“Babay” ləqəbli Yuri Bagiyev 15 ildən çoxdur Kiyevin dəmiryol vağzalının kralı hesab olunurdu. Deyilənə görə, hətta milis də ona tabedir. “Babay”ın icazəsi ilə milis cibgirlərdən və “atanşik”lərdən aylıq haqq alırmış. Belələri vağzalın ərazisində işləmək üçün milisə gündə 150 qriven haqq verir.

Virtualaz.org saytı Ukraynanın “Faktı i kommentarii” nəşrinə istinadən xəbər verir ki, Kiyev vağzalında hər kəs “Babay”a haqq verir. Perronda alverlə məşğul olanlardan tutmuş marşrut avtobuslarının sürücülərinə, cibgirlərə qədər hər kəs…

Hərənin də öz “taksası” var. Bu haqqı verməkdən imtina edənləri isə qəddarcasına döyürlər. Deyilənə görə, “Babay”ın – Kiyev vağzalının “smotryaşisi”nin aylıq gəliri 380 min dolları keçir.

Məhkəmədə prokurorun protestinə və qərardan apelyasiya verəcəyinə dair bəyanatına baxmayaraq “Babay”ı birbaşa məhkəmə zalından azad ediblər. Azadlığa çıxan kimi o, daimi iş yerinə – Kiyev vağzalına yollanıb. Elə həmin gün vağzaldan haqq yığılması bərpa olunub.

Bildirilir ki, kriminal avtoritet anası ilə birlikdə Azərbaycandan Kiyevə 1973-cü ildə – cəmi 16 yaşı olanda gedib. SSRİ dağılana – 1991-ci ilə qədər Kiyevdəki elmi-tədqiqat institutlarının birində sürücü işləyib. Həmin il işdən çıxan “Babay” “Bakinets” ləqəbli kriminal avtoritetlə tanış olub. Kriminal aləmdə karyerasına başlayan “Babay” əvvəlcə “loxotron”la – saxta lotereya ilə məşğul olub. Sonradan “Babay” dəmiryol qatarlarına bilet alverinə başçılıq etməyə başlayıb. 1996-cı ildə isə “Babay” artıq Kiyev vağzalında hər şeyə nəzarət edən krala çevrilmişdi.

2013-cü ildə “Babay”ın yaxalanması əməliyyatında iştirak edən əməliyyatçı, Ukrayna DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı, familiyasının yazılmamasını xahiş edən Boris deyir ki, kriminal avtoritet həbs olunanda özünü çox sakit aparırdı. Görünür, o bilirdi ki, tezliklə azadlığa çıxacaq.

84159_src“Çünki əvvəllər də belə olub. 2009-cu ildə onu həbs etsələr də tezliklə azadlığa çıxdı, üstəlik təcridxanadan da vağzaldakı biznesini idarə edirdi”- deyə Boris bildirib.

“Babay”ın növbəti həbsi Kiyev vağzalında hökm sürən “bespredel”lə bağlı Ukrayna DİN-ə çoxsaylı şikayətlərin daxil olmasından sonra baş tutub. Kriminal avtoritetin adamları hamıya haqq qoymuşdu və verməyənlərə divan tuturdu. Məsələn, hansısa taksi sürücüsü, marşrut avtobusunun sürücüsü ona gündəlik haqq verməsəydi, “Babay”ın adamları onun maşınının şüşələrini dəyənəklə sındırır, özünü isə şil-küt edirdi. Yaxud marşrut avtobusunun arxasında və önündə iki maşını elə saxlayırdılar ki, o, yerindən tərpənə bilmirdi.

Əməliyyatçı deyir ki, “Babay”ın daimi qruplaşma saxlamağa ehtiyacı yoxdur. O, istənilən vaxt özünə lazım olan sayda yaraqlı toplaya bilər. Məsələn, vağzalın ərazisində onun 20-dən çox adamı əllərində dəyənək qarşılarına keçən hər kəsi döyə-döyə qaça bilər. Bu döyüşçülərin gündəlik haqqı 150 qrivendir.

Boris bildirir ki, “Babay” həbs olunandan sonra vağzalda heç nə dəyişmədi. Üstəlik ondan şikayət edənlərin hamısı bir-bir ərizələrini geri götürməyə başladı. Çünki naməlum şəxslər vağzalın “sahibi” barədə nəsə deməyə cəsarət edən hər kəsə divan tuturdu.

“Babay” məhkəmə zalında bildirib ki, tezliklə azadlığa çıxacaq. Məlum olub ki, onun qohumu vağzaldakı ticarətçilərdən “Babay”ın azadlığa buraxılması üçün pul toplayırmış.84152_src

Əməliyyatçı deyir ki, “Babay” kifayət qədər varlıdır və azadlığa çıxmaq üçün rüşvəti özü də verə bilərdi. Ancaq o, vağzalda hakimiyyətini sübut etmək üçün bu pulu ticarətçilərdən toplatdırıb. Üstəlik o, təcridxanada olanda oranın əməkdaşları və ailə üzvləri üçün pulsuz qatar biletləri də təşkil edirdi.

Borisin verdiyi məlumata görə, “Babay”ın adamları onun buraxılması üçün 400 min dollar toplayıb. “Babay” həbsdə olanda vağzal rəhbərliyi oradakı “bespredel”dən qurtarmaq istəyib və taksi sürücülərini, marşrut avtobuslarının sürücülərini, ticarətçiləri mühafizə etmək üçün özəl mühafizə xidməti ilə müqavilə bağlanıb. Lakin mühafizəçilər də özlərini “Babay” kimi aparıblar və hər kəsdən haqq yığmağa başlayıblar. Nəticədə şirkətlə müqavilə ləğv edilib.

İndi Kiyev vağzalında hər şey əvvəlki kimidir –  “Babay” öz işində, vağzal sakinləri isə ona haqq ödəməkdədir…

Virtualaz.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR