Komitə sədrinin səhhətində problem – hospitala yerləşdirildi

1425106110_0001İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun səhhətində müəyyən problemlər yaranıb. Səhhəti pisləşən hüquq müdafiəçisi Hərbi Hospitala yerləşdirilib.

E.Behbudov AzVision.az-a səhhətində problemin yaranmasını təsdiqləyib. Bildirib ki, artıq bir həftədir ki, Hərbi Hospitalda müalicə alır:

“Səhhətimdə müəyyən problemlər yaranıb. Həkimlər şəkərimin yüksəldiyini söyləyirlər. Hazırda müalicəm davam edir. İndi vəziyyətim normalıdır. Heç kəs narahat olmasın”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR