Konqresdə Xocalı bəyanatı

84833ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış edib.
O, Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfərin qətlə yetirildiyini bildirib.
Donald Peyn bəyanatında digər Konqres üzvlərini də Xocalıda törədilən dəhşətli qətliamı tanımağa çağırıb.
Eyni zamanda, Konqresmen Peyn Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu da vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR