Kürdəmirdə yolsuzluq problemi çözülmür

1425021316_1418801700_kurdemir” ASC-nin rayondakı 30s aylı yol istismar idarəsinin rəisi icra başçısının qəzəbinə gəldi

30 saylı Kürdəmir yol istismar idarəsinin sabiq rəisi Bəybala Eyyubov rayonun yolsuzluqdan əziyyət çəkən kəndlərinin sakinlərinə uzun illər idi vədlər verməklə məşğuluydu. Lakin bu vədlər  bir qayda olaraq yerinə yetirilməmiş qalırdı.

Bu isə son zamanlar rayon rəhbərliyinin səbrini tarıma çəkib. Gedişata baxanda qənaətə gəlmək olar ki, işlərin tezliklə düzələcəyinə inam azdır. Həqiqətən də sabiq rəis yolsuzluqla bağlı problemlərin həllində acizlik göstərir, məsuliyyəti öz üzərindən atmağa çalışırdı. Bunu ötən ilin yekunlarını əks etdirən məlumatda da görmək olar. 2014-cü ildə yol istismarı idarəsi  rayonda vur-tut 514 min manatlıq orta və cari təmir  işləri aparıb.Bu məbləğin təxminən 85 %-i Kürdəmir şəhərinin bir neçə küçəsində asfalt işlərinə sərf edildiyi bildirilir. Lakin idarəyə ayrılan onsuz da məhdud miqdarda vəsaitlərin sərfiyyatında ciddi yeyinti faktları ilə bağlı məlumatlar da az deyildi. Rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində  ciddi problemlərin olduğu halda, yol idarəsinin rəhbərliyi üzərinə düşən vəzifələri yerinə yetirməkdə maraqlı görünmürdü. Bunun səbəbini bir tərəfdən yol istismar idarəsinə ayrılan vəsaitlərin azlığı ilə izah edirlirdisə, digər tərəfdən idarənin sərəncamında olan texniki vasitələrin, maşın və digər zəruri texnikanın köhnəlməsində görürdülər. Lakin o da var ki, bəzi şəhərdaxili və kənd yollarında təmir işləri aparılsa da, çox çəkməyib ki, əksər küçələrində asfalt örtüyü sıradan çıxıb, bir çox kənd yolları isə istismara yararsız vəziyyətə düşüb.Ümumilikdə götürsək, Kürdəmirin Ərəbqubalı, Məhərrəmli, Pirili, Şilyan, Karrar, Bağman, Böyük Kəngərli, Təklə, Qurdbayram kəndləri ilə avtomagistralı birləşdirən yollar da istismara yararsız vəziyyətdədir. Onu da bildirək ki, rayon icra hakimiyyətində bu məsələnin artıq nəzarətə götürüldüyü barədə məlumat var. İşdə yol verdiyi nöqsanlara görə, 30 saylı Kürdəmir yol istismar idarəsinin rəisi Bəybala Eyyubov vəzifəsindən kənarlaşdırılıb. Hazırda söhbətlər gəzir ki, sabiq rəisin işi prokurorluqda araşdırılacaq. Hər halda, adı icra başçısı Ceyhun Cəfərovun “qara” siyahısına düşmüş yol idarəsinin sabiq rəisi barəsində daha ciddi cəza tədbirlərin görülməsi qaçılmaz olacaq. Qeyd edək ki, onun yerinə əslən Bakı şəhərindən olan Füzuli Cəbrayılovun təyin edildiyi deyilir.

gundelik-baku.com

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR