Lamiyənin nişanlısı əfv oluna bilər

1424521625Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkə təqsirləndirilən Vüqar Əliyevin əfv ərizəsi təqdim olunub.   Axar.az xəbər verir ki, bu barədə Vüqar Əliyevin vəkili Adəm Məmmədov öz Feysbuk səhifəsində bu məlumatı yerləşdirib.   Vəkilin sözlərinə görə, ömürlük azadlıqdan məhrum edilmiş Vüqarın əfv ərizəsi Əfv Məsələləri üzrə Dövlət Komissiyasına təqdim olunub. O, Lamiyə Quliyevanın azadlığa çıxmasının bu yolda işıq olduğunu bildirib. Lamiyənin keçmiş nişanlısı olan Vüqar eks-başçının oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR