Lavrov: “Deyəsən ABŞ unudub ki…”

1425027892Deyəsən ABŞ-da başqa ölkələrin maraqlarına zərbə vuran hegemonluğun hansı nəticələr verdiyini unudublar.   Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Diplomatik Akademiyanın tələbə və professor-müəllim heyəti ilə görüşü zamanı deyib.   “Bir müddət əvvəl Prezident Barak Obama tərəfindən düzəliş edilən ABŞ-ın milli maraqları ilə bağlı strategiyanın qəbulu qlobal dominantlığa və Amerikanın maraqları naminə birtərəfli hərbi gücdən istifadəyə yönəlib. Bu sənəddə yüz dəfə ABŞ-ın dünya üzərindəki bədnam liderliyinə haqqı olduğu mövzusu xatırladılır. Sanki onlar özlərini buna inandırmağa çalışırlar ki, bu, qaçılmazdır”, – Lavrov bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR