London Putinə “yox” dedi

83471_res_01Böyük Britaniya paytaxtında bu ili sentyabrın 15-dən 18-dək hərbi texnika sərgisi keçiriləcək.

ANS PRESS-in məlumatına görə, Londonda baş tutacaq DSEI-2015 hərbi texnika sərgisində Rusiyanın iştirakına yox deyilib. Buna səbəb iki ölkə arasında Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı fikir ayrılığıdır.

Bu barədə Rusiyanın “Rostex” dövlət korparasiyası baş direktorunun xarici iqtisadi əməkdaşlıq üzrə müavini Dmitriy Şuqaev bildirib.

Onun sözlərinə görə, ingilislər DSEI-2015 sərgisində rusların iştirakını rədd edib: “Sizi bu sərgidə görmək istəmirik.”

Xatırladaq ki, 2014-cü ilin yayında Farnboro Beynəlxalq Aviakosmik sərgisində də Rusiya nümayəndə heyətinin iştirakında problem yaranmışdı. O zaman Rusiya nümayəndə heyətinin yarıdan çoxuna Böyük Britaniyaya gəlmək üçün viza verilməmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR