Mərkəzi Elmi Kitabxanada müayinə aksiyası keçirilib-FOTO

IMG_4675AMEA –dan Qafqaz Xəbər Agentliyinə verilən məlumata görə Mərkəzi Elmi Kitabxanada İİV-lə (İnsanın İmmunçatışmazlığı Virusu) bağlı müayinə aksiyası keçirilib. Aksiyanın məqsədi İİV infeksiyasına yoluxma hallarının aşkar edilməsi, virusa yoluxma yolları haqqında məlumatlandırma və bu təhlükədən qorunmaqla bağlı maariflənmə işinin aparılmasıdır.

Aksiyada MEK-in işçi heyəti iştirak edib. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimlərdən ibarət briqadası işçiləri könüllü müayinə edib. Müayinə Ekspress-test metodu ilə aparılıb. İİV infeksiyası diaqnostikasının ən sadə metodu sayılan bu müayinə zamanı heç bir avadanlıq tətbiq etmədən, barmaqdan qan nümunəsi götürülməklə testin nəticələri 10 dəqiqə müddətində müayinədən keçənlərə bildirilib.

Daha sonra həkimlər hər bir iştirakçıya fərdi olaraq İİV infeksiyası və ondan qorunma üsulları barədə məsləhətlər verib. İştirakçılara sağlam və təhlükəsiz həyat tərzi normaları barədə bukletlər paylanılıb.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

IMG_4668 IMG_4669 IMG_4670 IMG_4677 IMG_4681 IMG_4686 IMG_4690 IMG_4695 IMG_4697

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR