Məşhur lesbian müğənni öldü (VİDEO)

img1747212Amerikalı pop müğənnisi, 1960-cı illərdə «İt’s My Party» və «Judy’s Turn to Cry» hitləri ilə məşhurlaşan Lesli Qor 69 yaşında dünyasını dəyişib. Musavat.com xəbər verir ki, məlumatı «Associated Press» yayıb
Lesli Qor Nyu-York Universitetinin tibb mərkəzində vəfat edib. Onun ölümünə ağciyər xərçəngi səbəb olub. Müğənni fevralın 19-da dəfn ediləcək.
Lesli Qor Nyu-Yorkda doğulub. O, 16 yaşında «İt’s My Party» mahnısını ifa etməklə tanınıb. Qorun digər məşhur mahnıları arasında «She’s a Fool», «You Don’t Own Me», «That’s the Way Boys Are, Maybe I Know», «The Look of Love» və «Sunshine, Lollipops and Rainbows» da var.
Lesli Qor LGBT hüquqları uğrunda mübarizəsi ilə də tanınır. O, 2005-ci ildə lesbian olduğunu etiraf edib. Qor 23 ildir Loiz Sesson adlı qadınla birlikdə yaşayır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR