Məşhur rus filmi qadağan edildi

225_7toJOpI011esRusiya istehsalı məşhur “Brat-2” filminin Ukraynada nümayişi və satışı qadağan edilib.

Bu barədə Ukraynanın kino məsələləri üzrə dövlət agentliyi açıqlama yayıb.Agentliyin açıqlamasında bildirilir ki, adıçəkilən filmdə ukraynalıları alçaldan səhnələr yer aldığına görə, filmin nümayişi və satışı qadağan edilib: “Ölkənin şərqində döyüşlər gedərkən bu filmin nümayişi düzgün deyil”.Qeyd edək ki, Ukraynada “Kapitan Çernyayevin həyatından” və “Pautina 8” teleseriallarının da nümayişi qadağan edilib.Ekspertlərin fikrincə, bu filmlər Rusiya güc strukturlarının xeyrinə işləyir və onların müsbət imicini formalaşdırır.Aleksey Balabanovun “Brat-2” filmi 2000-ci ildə ekranlara çıxıb. Onun qəhrəmanları Baqrov qardaşları ABŞ-a yola düşürlər. Çikaqoda “Tatar” ləqəbli böyük qardaş Ukraynadan gəlmələrdən ibarət olan bandit qruplaşmasını məhv edir. (Ans)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR