Manat bir az da ucuzlaşdı

83970Rəsmi məzənnələrdə dollar və avro manata nisbətdə bahalaşıb

Azərbaycan manatının ucuzlaşması bu gün də davam edib.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, rəsmi məzənnələrdə dollar və avro manata nisbətdə bahalaşıb.

Belə ki, dünən açıqlanan son rəsmi məzənnələrdə 1 ABŞ dolları 0,7855 AZN idisə, bu gün bu göstərici 0,7857-ə çatıb.

Avronun dəyərində isə artım daha çox müşahidə edilib. Ötən gün 1 avro 0,8959 AZN olduğu halda bu gün həmin məzənnə 0,8968-ə yüksəlib.

Qeyd edək ki, manatın ucuzlaşması paytaxt sakinləri arasında panikaya səbəb olub. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə dünən əhaliyə müraciət edib. O bildirib ki, manatın ucuzlaşması əhalinin gəlirlərində 100-də bir qəpik qədər hiss olunacaq.

“Birrəqəmli inflasiya nəyinki qorxulu deyil, hətta iqtisadiyyatın və biznesin stimullaşdırılması üçün faydalıdır. Əhalinin seçim imkanları çoxdur. Gəlirlərini müxtəlif valyutalarda saxlaya bilər”, – deyə Mərkəzi Bankın sədri bildirib.

Elman Rüstəmov bildirib ki, manatın ucuzlaşmasına görə əhalinin narahatlığı və nigarançılığı üçün heç bir əsas yoxdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR