Manat dəyişmək sərfəlidir?

54680Oqtay Haqverdiyev: “Bu, inflyasiyanı 10 faizə qədər artıra bilər”

Mərkəzi Bank Elman Rüstəmov fevralın 17-də Dövlət Televiziyasındakı çıxışında ölkədə manatın kəskin ucuzlaşacağı ilə bağlı narahatlığa əsas görmədiyini bildirib və deyib ki, inflyasiya birrəqəmli qalacaq, ərzaq məhsullarında bahalaşmaya iqtisadi əsası yoxdur.

Bununla əlaqədar tanınmış iqtisadçı alim Oqtay Haqverdiyev də ANS PRESS-ə bildirib ki, Azərbaycanda inflyasiya birrəqəmli qalacaq, amma bahalaşma ola bilər.

O, əhali arasındakı “əsassız” narahtlığa da münasibət bildirib: “Ərzaq bahalaşmasına məhz bu amil təsir edir. Mən buna “ajiotaj” yox, daha çox “psixoz vəziyyət” deyərdim. Fikir verin, indi hamı manatı dollara dəyişir. Bu nə deməkdir? Yəni manat külçəsi artır və artdıqca alıcılıq qabiliyyəti aşağı düşür. Bu isə inflyasiyanı 10 faizə qədər gətirib çıxara bilər.”

Xatırladaq ki, 2014-сü ilin dekabrın 18-dən manatın dollara nisbətdə rəsmi məzənnəsi $1- 0,7844 AZN səviyyəsində saxlanılırdı. Amma fevralın 18-də Mərkəzi Bankın saytında 1 dollar 0,7855 AZN-dir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR