“Miss Türkiyə” Ərdoğanı təhqir etdiyinə görə həbs oluna bilər

pic_77ff33e0b24b387eca417f9d9a3208b0“Mən sadəcə öz səhifəmdə sitat yerləşdirmişdim”.

“Miss Türkiyə 2006” müsabiqəsinin qalibi Merve Büyüksaraç ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə üçün 2 il müddətinə qədər həbs oluna bilər.

Oxu.Az The Telegraph-a istinadən xəbər verir ki, vəkil Emre Telcinin bildirdiyinə görə, İstanbul məhkəməsi Mervenin yanvar ayında şəxsi “Instagram” hesabında paylaşdığı təhqiredici yazıya görə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

26 yaşlı model özünü təqsirkar bilmir və baş verənləri belə şərh edir:

“Mən sadəcə öz səhifəmdə sitat yerləşdirmişdim. Bununla prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etmək fikrində deyildim”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR