Moskva və Kiyev razılığa gəldi (VİDEO)

67018Bu barədə Ukraynanın “Naftoqaz” şirkətinin rəsmisi məlumat verib

“Naftoqaz” Qazproma alacağı qazın dəyərinin 15 milyon dollarını əvvəlcədən ödəyib.

ANS TV-nin məlumatına görə, bu barədə “Naftoqaz”ın rəsmisi məlumat verib. Bu vəsait rəsmi Kiyevin 50 milyon kubmetr qaz almasına imkan verəcək. Bu isə o deməkdir ki, Qazprom martın 2-nə qədər Ukraynaya ötürülən mavi yanacağı dayandırmayacaq.

Məhz ayın 2-də qaz məsələsi ilə bağlı Ukrayna, Rusiya və Avropa Birliyi arasında üçtərəfli görüş baş tutmalıdır. Rəsmi Moskva görüşdə iştirakını təsdiqləyib.

Çinin Mərkəzi Bankı isə “Naftoqaza” 3,6 milyard dollar həcmində kredit ayıracaq. Bu vəsaitlər dövlət zəmanəti ilə veriləcək. Ümumi kreditin 60%-i müqabilində Ukrayna tərəfi Çindən avadanlıq almalıdır. Qalan 40% isə yerli məhsullara sərf oluna bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR