Mühafizə polisinin rəisi özünü güllələdi

1424550652Ağsu rayon mühafizə polisinin rəisi Neman Tanrıverdiyev iş otağında özünü güllələyib.   Axar.az xəbər verir ki, N.Tanrıverdiyev fevralın 21-i səhər saat 9 radələrində özünü iş otağında tabel silahı ilə baş nahiyyəsindən güllələyərək, intihar edib. Onun intiharının səbəbi bilinmir.   N.Tanrıverdiyevin Ağsunun Nəmirli kəndindən olduğu bildirilir. N.Tanrıverdiyev 7 aydır ki, bu vəzifəyə təyin olunubmuş.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR