Müharibə şəhərinin komandası “sülh”lə işini çətinə saldı

83588_res_01Dünən axşam Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. İlk oyun günündə iki qarşılaşma baş tutub.

Fransa çempionu PSJ öz meydanında “Çelsi”ni qəbul edib. Parislilərlə londonluların mübarizəsi heç-heçə başa çatıb – 1:1.

Günün digər qarşılaşması Ukraynada keçirilib. Hazırda müharibənin getdiyi Donetskin “Şaxtyor” klubu Almaniya nəhəngi “Bavariya”nı döyüş meydanlarından xeyli uzaqda – Lvovda sınağa çəkib. Bu qarşılaşma da “sülh”lə bitib – 0:0. Bununla da “Şaxtyor” cavab oyunu öncəsi işini xeyli çətinə salıb.

17 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları:

PSJ (Fransa) – “Çelsi” (İngiltərə) 1:1

Qollar: Kavani, 55 – İvanoviç, 36.

“Şaxtyor” (Ukrayna) – “Bavariya” (Almaniya) – 0:0

Bu gün daha iki oyun olacaq.

“Şalke-04” (Almaniya) – “Real” (İspaniya)

“Bazel” (İsveçrə) – “Portu” (Portuqaliya).

Oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR