Müsəlman biznesmen “Euronews”u alır

evroMəşhur misirli biznes Naqib Saviris “Euronews” telekanalına nəzarət paketini almağı planlaşdırır

Bu barədə azvision.az “The Hollywood Reporter”ə istinadən xəbər verir.
Məlumata əsasən, misirli biznesmen kanala görə 35 milyon avro ödəməyə hazırdır.
Artıq “Euronews” telekanalı da Savirisdən təsdiq mesajı gəldiyini təsdiqləyib. Əgər tərəflər razılığa gəlsələr, biznesmenin telekanalda payı 53% təşkil edəcək.
Jurnal vurğulayır ki, Saviris Misir telekommunikasiya bazarının əsas oyunçusudur. “Euronews”la potensial razılaşma sahibkara Avropa bazarına çıxmağa imkan verəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR