Nadir Qafarzadə İstanbuldan mesaj göndərdi

84114 (1)“Mənə qarşı çaşanların qapazını sözümlə vururam”

Hazırda Türkiyədə olan Nadir Qafarzadə ona qarşı çaşanlara mesaj göndərib.

Müğənni ANS PRESS-ə açıqlamasında, İstanbula yeni layihəsi ilə əlaqadər getdiyini bildirdi:

“Artıq Türkiyədəyəm. Səfərimin əsas məqsədi yaradıcılıq işlərimlə bağlıdır. Bir çoxları bilir ki, bir çox mahnılarımı Türkiyədə lentə aldırıram. Burada olan texnika mənim ürəyimcədir. Yeni bir layihə üzərində çalışıram. Bu proyektin nədən ibarət olduğunu demək istəmirəm. Çünki ideyamı mənimsəyənlər ola bilər”.

Nadir Türkiyəyə tez-tez üz tutmasının digər səbəbini də açıqladı: “Şou aləminin lazımsız söhbətlərindən, qalmaqallarından kənar gəzməyi daha üstün tuturam. Amma buna baxmayaraq adımı “qalmaqallı müğənni” qoyublar. Mən qalmaqallı müğənni yox, düz sözü deyən ifaçılardanam. Mənə qarşı çaşanların qapazını sözümlə vururam. Belə bir deyim var, bıçaq yarası keçər, söz yarası keçməz. Mən bu fikirlə razıyam”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR