Namiq və Fuad Məmmədov qardaşlarının ömür yolu-FOTO

29 yanvar tarixdə Qafqaz Xəbər Agentliyində “Məmmədovlar özlərinə “bəy tərifi” yazdırır” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə Nəqliyyat Nazirliyinin tabeçiliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsinin yeni rəisi Anar Səfərlinin “tərif”indən bəhs edirdi. Həmin yazıda yeni rəisin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun oğlu Fuad Məmmədovun qaynı olduğu bildirilirdi. Yəni vəzifə pilləkəni qohumluq üzərində qurulub. Bəli, yeni rəis Anar Səfərli öz qabiliyyəti, savadı, bacarığı ilə deyil…sadəcə nazirlə qohum olduğu üçün bu vəzifə ilə “mükafatlandırılıb”. Anar Səfərlinin bacısının həyat yoldaşı olan Fuad Məmmədov isə Quba və Salyan rayonlarının keçmiş polis rəisi olub və hazırda DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis muavini vəzifəsində işləyir. Nəriman Məmmədovun digər oğlu Namiq Məmmədov Respublika Baş Prokurorunun xüsusi köməkçisi vəzifəsində çalışır. İndi isə keçək redaksiyamıza daxil olan yeni məlumatlara. İlk öncə önu bildirək ki, Anar Səfərli Dəmir Yol idarəsində Nəriman Məmmədovun sürücüsü işləyib. Əslində burda təəccüblü heç nə yoxdur. Çünki indi “sürücülərin erası”dır. Yəni general olmağa gedən yol sürücülükdən başlayır. Aldığımız digər məlumata görə, Anar Səfərlinin atası Məlikağa Səfərov da vaxtı ilə Dəmir yolu polisində rəis vəzifəsində işləyib və Ziya Məmmədovun qohumudur. скачанные файлы (1)Vaxtilə Ziya Məmmədov Gəncə lokomotiv deposunun rəisi vəzifəsində işləyəndə Məlikağa Səfərov Yevlax dəmir yol xətti polisinin rəisi olub. Sonradan isə Ziya Məmmədov Dəmir yol idarəsinə rəis təyin olundu. Daxil olan məlumatdan bəlli olur ki, Təfəkkür universitetinin tələbələri olan Ziya Məmmədovun qardaşı oğlu Namiq Məmmədov və Anar Səfərli Biləcəridə bir yerdə kirayədə qalıblar. Həmin illərdə Təfəkkür universitetinin yerləşdiyi bina da Dəmir yol idarəsinin balansında olub. Yəni hansı dəmiryolçunun savadsız övladı dövlət universitetinə qəbul ola bilmirdisə, çarəsiz qalıb başqa yolla Təfəkkür universitetinə qəbul olunurdu. Belə qəbul olunanların sırasında Namiq Məmmədov və Anar Səfərli də olub. Hətta aldığımız digər məlumata görə Namiq Məmmədovun qardaşı Fuad Məmmədov da ilk təhsilini Təfəkkür universitetində alıb. Hamıya məlumdur ki, Təfəkkür universiteti biabırçı imicinə görə hazırda fəalaiyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən də geridə qalırdı. Sonradan isə “Təfəkkürün tələbələri” olan Namiq və Fuad Məmmədov qardaşları hüquq-mühafizə orqanlarında işə düzəliblər. Hətta Namiq Məmmədov Baş prokurorun xüsusi məsələlər üzrə köməkçisidir. Anar Səfərlini isə atası tələbə vaxtı Dəmir yol idarəsinin maliyyə xidmətinin qəlirlər şöbəsində rəis işləyən Nəriman Məmmədovun yanına sürücü düzəldib. Bu gün isə sürücülükdən, Təfəkkürdən keçən yol…gəlib çıxıb Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbəsinin rəisi postuna. Yeni rəisin ömür yolu belədir: Səfərli Anar Məlikağa oğlu 2 noyabr 1977-ci ildə Yevlax şəhərində anadan olub. 2002-ci ildə “Təfəkkür” Universitetinin Yol hərəkətinin təşkili fakültəsini bitirib. 2004-2009-cu illərdə Azərbaycan Dəmir Yolları İdarəsində Yolun təsərrüfat şöbəsində Avtonəqliyyat bölməsi sürücüsü işləyib. 2011-2012-ci illərdə isə Nəqliyyat Nazirliyiyinin “Avtonəqliyyatservis” Departamentinin 6 saylı “Regional Nəqliyyat MMC”-də müfəttiş kimi çalışıb. 2012-ci ildən Dövlət Avtomobil Nəqliyyatı Xidməti Şəki regional şöbəsinin rəisi işləıyib. Martın 4-dən isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt Regional şöbəsinə rəhbərlik edir. Amma bu tərcümeyi-halı oxuyanda xeyli suallar doğur: Heç kimə sirr deyil ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsini və digər ali məktəbləri əla qiymətlərlə bitirən məzunlarln çoxu bu gün işsiz olduğu halda Namiq və Fuad Məmmədov qardaşları necə olub ki, mühüm vəzifələrə sahib olublar..? Axı, bu qardaşların ali təhsil yolu “Təfəkkür”dən keçib… Bəs keçmiş sürücü hansı yolla Sumqayıt boyda şəhərin nəqliyyat sisteminə nəzarət edir? Bax, bu suallar öz cavabını gözləyir.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR