Nazarbayev növbədənkənar prezident seçkiləri keçirir

84697_res_01Qazaxıstan prezidneti Nursultan Nazarbayev Qazaxıstan Xalqlar Assambleyasının (QXA) növbədənkənar prezident seçkilərinin keçirilməsnə dair təşəbbüsünü dəstəkləyib.

Virtualaz.org saytı Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, Nazarbayev növbədənkənar prezident seçkilərinin bu il aprelin 26-da keçirilməsinə dair fərman imzalayıb.

N.Nazarbayev dövlət televiziyasının canlı efirindəki çıxışında bildirib ki, “xalqın maraqlarını və xahişlərini nəzərə alaraq növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair fərman imzalamalı olub”.

Yada salaq ki, N.Nazarbayev Qazaxıstana 1989-cu ildən rəhbərlik edir. O, əvvəlcə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi, sonra isə müstəqil ölkənin prezidenti olub.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR