Nazir müavininin oğlunun biznesi, varidatı, layihələri – ilginc bilgilər

img1755455İki ildir ki, məmur övladlarının harınlığı və ifrata çatmış varidatı ilə bağlı xəbərlər vaxtaşırı ölkə gündəmini məşğul edir. Bəzən onların ataları yüngülvari cəzalandırılır, özləri məzəmmətə məruz qalır, amma üstündən bir az keçəndən sonra hər şey əskisi kimi olur: yenə onların pis soraqları gəlir.скачанные файлы (1)
Şəmkirin sabiq İH başçısı Aslan Aslanovun məmur oğlunun malik olduğu bahalı maşınların ardınca daha bir yüksək mənsəbli məmurun – nəqliyyat nazirinin birinci müavini Musa Pənahovun oğlunun “şəxsi maşın qarajı” barədə məlumatlar yayılıb.musa`-pa`na`hov200406-big
Bu barədə redaksiyamıza informasiya verən bilgili mənbə qeyd edir ki, Moldovanın keçmiş prezidentinin nəvəsi Yekaterina Voronina ilə evli olan Fuad Pənahov olduqca dəbdəbəli həyat sürür: “Nazir müavininin oğlunun 10-dan çox bahalı avtomobili var və bu maşınlar onun sayı 10-u aşan bağ evlərinin həyətində dayanıb. Fuad özü isə çox vaxt 10 RR 200, 10 ER 200 nömrəli “Range Rover”, “Porşe”, “Bentli”, “Jaguar” markalı avtomobillərlə və mühafizəçilərin müşayiəti ilə gəzir”. 68665_res_01
Bəs bu pullar hardandır? Məlumatlı mənbə bu suala bu cür cavab verib:
“Onun əsas gəlir yeri “Global-A Group” inşaat şirkətidir. Dogər gəlir yeri bir vaxtlar barəsində sökülmə qərarı verilən, daha sonra sökülməyən “Megapolis” çay evidir. Bir vaxtlar hətta sökülməsi üçün hasara da alınmışdı.  Vaxtilə yol çəkmək, kommunikasiya xətlərinin dəyişməsi kimi bir çox mötəbər  layihələrdən milyonlar əldə edən Fuad Pənahovun şirkətində işləyən işçiləri belə yerə-göyə sığmırdı. Daha sonra həmin iş onlardan alınaraq Ziya Məmmədovun yaxın ətrafına verildi. Bu aralar Musa Pənahovun nazir postuna gətirilməsi planı var. Fuad Pənahov isə öz ətrafı vasitəsilə layihələrə əl atır. ma`sin-1
O, təkcə Mərdəkanın Dres adlanan ərazisində 3 mərtəbəli dəbdəbəli ev  tikdikdən sonra bəyənmədiyi üçün sökdürüb və yenidən tikdirib. “Global-A Group”un həyata keçirdiyi layihələr aşağıdakılardır: “Norm” beton zavodunun tikilməsi, Salyan yolunun kommunikasiya xətləri, Sabirabad yolu, Əhmədli qəsəbəsində su sayğaclarının quraşdırılması, Göyçayda enerji xətləri, kommunikasiyalar, qaz kəmərləri, Xarici İşlər Nazirliyinin arxasından keçən magistral su xəttinin dəyişdirilməsi və s. Təkcə ötən il şirkət 7 milyon manat əldə edib.  “Tikinti şirkəti” adı altınra Fuad Pənahov ölkəmizdən qazandığı pullarla Moldovada da biznes qurub”.
musavat.com
mega`polis

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR