Nazirlikdən Hafiz Məmmədova: “Borcunu ödə”

1425022610İş adamı Hafiz Məmmədovun sahibi olduğu “Bakı” futbol klubunda maliyyə böhranı davam edir.

Axar.az-ın məlumatına görə, klub rəhbəri Hafiz Məmmədovun maliyyə problemləri ucbatından “Bakı” həm çıxışlarında zəifləyib, həm də oyunçularına maaş verə bilmir. Klubun maliyyə probleminə isə daha biri əlavə olunub.

Vergilər Nazirliyi vergi borcunu ödəməyənlər barədə növbəti məlumat yayıb. Məlumatda vergi borcunu ödəməyən 388 vergi ödəyicisinin olduğu qeyd edilib. Nazirliyin yaydığı məlumatda vergi borcunu ödəməyənlər arasında iş adamı Hafiz Məmmədovun “Bakı” futbol klubu da var. Nazirlik futbol klubunun rəhbərliyinə vergi borcunu ödəmələri barədə xəbərdarlıq edib.

Qeyd edək ki, klubun yanvar ayının əmək haqları AFFA tərəfindən ödənilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR