Nemtsovun qatilləri belə qaçdı – Video

1425112503Rusiya müxalifətçisi Boris Nemtsovun güman edilən qatillərinin qaçışının kadrları yayılıb.   Publika.az xəbər verir ki, görüntülər qətlin baş verməsindən bir neçə dəqiqə sonra Böyük Ordınka küçəsində qeydə alınıb.   Videoyazının kadrlarından da göründüyü kimi, cinayətkarlar diqqətləri cəlb etməməyə çalışaraq yavaş hərəkət edirlər. Qatillərin olduğu güman edilən avtomobil saatda 60 kilomert sürətlə hərəkət edir.   Polisdəki mənbələrin sözlərinə görə, aparılan istintaq çərçivəsində hazırda iki avtomobil axtarışdadır. Bunlar “Kia-Rio” və “Ford-Mondeo” avtomobilləridir. Qətl törədildiyi ərazinin yaxınlığında olan Moskva körpüsündə isə qətldən dərhal sonra videokameraların obyektinə üç avtomobil düşüb. Ancaq ağ rəngli “Sedan” avtomobildə olanların cinayətdə iştirakı güman edilmir. Həmin üç avtomobildən ikisinin taksi firmalarına aid olduğu bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR