Ornella Mutiyə Putinlə şam yeməyinə görə iş verdilər

z1Qərar ittiham tərəfinin gözlədiyindən də ciddi oldu.

İtaliyalı aktrisa Ornella Muti səkkiz ay həbsxana cəzası almaqla yanaşı və 600 avro cərimə də edilib. Səbəb Pordenone şəhərinin (Friuli-Venessiya-Culiya vilayəti) Verdi Teatrında tamaşada səhnəyə çıxmaması olub.

Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, bu barədə Il Giornale nəşri məlumat verib. Sözü gedən tamaşada oynamaq əvəzinə, aktrisa Sankt-Peterburqda o dövrdə Rusiyanın baş naziri olan Vladimir Putin və aktyor Kevin Kostner ilə şam yeməyində olub.

Şam yeməyi 2010-cu ildə baş tutub. Mutinin o yeməkdə olmasını video da təsdiq edir. Amma teatrda səhnəyə çıxmamasının səbəbini aktrisa xəstələnməsi – laringo-faringit ilə izah edib, bu açıqlamasını təsdiq edən tibbi arayışı təqdim edib. Bu arayışa görə o 25 min avro qonorar almasına baxmayaraq səhnəyə çıxmaqdan azad edilir.

Teatrın administrasiyası aktrisanı saxta tibbi arayış təqdim etməkdə günahlandıraraq ona qarşı məhkəmədə iddia irəli sürüb.

İndi Muti ya həbsxanaya yollanmalı, ya da Verdi Teatrına 30 min avro cərimə ödəməlidir. Məhkəmənin qərarı ittiham tərəfinin gözlədiyindən də ciddi oldu.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR