Parlamentin spikeri kəndliləri Sibirə sürgün etməyi təklif etdi

610x380xnariskin.JPG.pagespeed.ic.QPXHNkoPWlBöhranın vurduğu Rusiya rəhbərliyi vəziyyətdən çıxmaq üçün yollar axtararkən bir-birindən ilginc bəyanatlar və təkliflər verirlər.

Ölkə.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin böhran dövründə əhalinijn köçürdülməsi təcrübəsindən yaralanmağı təklif edib.

1905-1907 illərdə Stolıpinin keçirdiyi aqrar islahatlar çərçivəsində kəndlilərin Sibirə köçürdülməsinin ölkə iqtisadiyyatının inkişafında böyük rol oynadığını vurğulayan Narışkin hazırda bu məsələnin aktuallaşdığını deyib.

Xatırladırıq ki, Stolılpin islahatı dövründə Rusiyanın mərkəzi regionlarından Sibirə 2 milyona yaxın əhali köçürdülmüş və burada onlarla yüzlərlə yaşayış məntəqəsi salınmışdı.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR