Paşa İlisuyskiy “Gənclər Günü” münasibəti ilə Qax gənclərini təbrik edir

скачанные файлыƏziz, doğma Qax gəncləri!
Hər birinizi 2 fevral ümumrespublika gənclər günü münasibəti ilə ürəkdən təbrik edir və uzaq Ukraynadan sizə müvəffəqiyyət arzulayıram! Qaxlıların şanlı tarixinin və mərd əcdadlarımızın layiqli davamçıları olmagınızı, sizlərə səmimi qəlbdən diləyirəm! Qaxlılar Azərbaycanımızın şimal-qərb sərhədlərində, dövlətciliyimizin dayağı olub və olmağda, sizlərin simasında davam edir! Qax ərazisində əsrlərlə azərbaycanlılar, saxurlar, gürcülər, ingiloylar, ləzgilər, avarlar ve digər xalqların nümayəndələri sülh, əmin-amanlıq və qardaşlıq münasibətləri içində yaşayırlar və bununla da, qaxlılar ümumən Qafqazda tolerantlığın nümunəsidirlər!!!
Qaxlılar mədəniyəti, mərdliyi, cəngavərliyi və elm ilə Azərbaycanın tarixində əbədi iz qoymuşlar!!!
Mən ,Məmmədov Paşa Xəyyam oğlu İlisuyskiy Qurur duyuram ki, Qaxlıyam!
Fəxr edirəm ki,Azərbaycanlıyam!!!

Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa İlisuyskiy (Məmmədov)

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR