Pensiyaçıların nəzərinə: Novruz bayramınadək…

e7554500f8b344d6436bfe595cfbefceDSMF sədri bildirib ki, yanvar-fevral aylarında pensiyaların maliyyələşdirilməsi prosesi qrafikdən əvvəl yekunlaşıb

Novruz bayramına qədər pensiyalar qrafikdən əvvəl maliyyələşdiriləcək.“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.DSMF sədri bildirib ki, yanvar-fevral aylarında pensiyaların maliyyələşdirilməsi prosesi  qrafikdən əvvəl yekunlaşıb. “Qarşımızda duran məsələ Novruz bayramına qədər pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsidir ki, biz buna da nail olacağıq”, -deyə E.Mehdiyev vurğulayıb.DSMF sədri əlavə edib ki, neftin qiymətinin dəyişməsi ilə əlaqədar iqtisadiyyatda baş verən dəyişikliklər fonunda maliyyə dayanıqlığı məsələsində istər 2014-cü ildə, istərsə də cari ildə DSMF-nin maliyyə göstəriciləri kifayət qədər uğurla ifadə olunur. “Hətta 2014-cü ili əhəmiyyətli praktik məbləğ ilə başa vurmuşuq ki, bu cari ildə də maliyyələşməni vaxtında aparmağa imkan verir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR