Plastik cərrah yazılanlara cavab verdi – FOTO

timthumb“İstanbul estetik” Klinikasında əməliyyat olunan gənc qızın iddialarına yazıda adı çəkilən cərrah Abduləli Əliyev aydınlıq gətirib. Cərrah tərəfindən redaksiyamıza ünvanlanan məktubu olduğu kimi təqdim edirik.

Pasientə qeyd olunan tarixdə (aprel 2014) “İstanbul estetik” klinikada digər mütəxəssis tərəfindən konsultasiya aparılmış, süd vəziləri üzərində plastik cərrahi əməliyyat icra edilmişdir. “Free nipple” – gilə areola kompleksinin yeni pozisiyaya (süd vəzilərinin ölchüləri böyük olduğu üchün uyğun olan metod – gilə areola kompleksi heç bir rotasion qidalandirici ayaqcıq olmadan – sərbəst olaraq daşınılması) daşınılması metodu ilə “reduction mammoplasty” (süd vəzilərinin kiçildilməsi) əməliyyati icra edilmişdir.

Bu metod icra olunduğunda heç bir halda hamiləlikdən sonrakı dövrdə süd vəziləri ilə qidalandırmadan söhbət gedə bilməz. Əməliyyatdan sonrakı reabilitasiya müddətində sağ süd vəzisində cərrahi olaraq 2 cili sağalma müşahidə olunduğundan nəticə etibarı ilə eyni tərəfdə deformasiya və qarşı tərəflə müqayisədə assimmetriya qeydə alınmışdır. Pasient təxminən həmin vaxtlardan etibarən alınan nəticənin estetik qənaətbəxş olmaması səbəbindən təkrar korreksion müdaxilə üçün artıq mütəxəssis olaraq mənə müraciət etmişdir. Mövcud halın bacardıqca tez aradan qaldırılması istəyini (planlaşdırılan nigah mərasimi ilə əlaqədar) bildirmişdir.

Sağalma – süd vəzinin keçirilmiş reduksion mammoplastikadan sonra formalaşması prosesinin tam sona çatmadiği pasientə izah edilmişdir. Digər sözlərlə hər hansı bir müdaxilə üçün hələ çox qısa bir müddət keçdiyi pasientin diqqətinə çatdırılmışdır. Hər hansı bir korreksiya üçün əməliyyatdan sonra 6-12 ay müddətin keçməsinin daha uyğun olduğu bildirilmişdir. Bütün keçən zamanlar ərzində mütəmadi olaraq pasientlə icra olunması mümkün olan müdaxilənin həcmi, formatı təkrar-təkrar bir neçə dəfə müzakirə olunmuşdur.

Əməliyyatın icrasından 3 ay müddət keçdiyi bir vaxtda (iyul 2014) pasient tarixi dəyişdirilən nigah mərasimi ilə əlaqədar korreksiya əməliyatının icrasının müddətin az keçməsinə baxmayaraq israrla rellaşmasını istədiyini bildirmişdir. Bu qısa müddətdə təkrari əməliyyatın icrası nəticəsində arzu olunan estetik nəticənin alınma ehtimalının nə qədər olduğu və ümumiyyətlə cərrahi müdaxilənin risklilik dərəcəsi pasientə izah edilmişdir.

Qeyd olunan nüanslar pasientlə razılaşdırılaraq korreksiya əməliyyatına hazırlanılmışdır. Pasientin planlaşdırılan müdaxilədə istədikləri – süd vəzilərinin mümkün qədər simmetrikliyini əldə etmək və əlavə olaraq ilk icra olunan əməliyyatdan sonra süd vəzilərinin olçülərini öz bədəni üçün tam propors hesab etmədiyindən hər iki süd vəzisinin imkan daxilində böyüdülməsi olmuşdur (təbii ki, estetik parametrlər daxilində).

Pasientə süd vəzilərinin böyüdülməsinin süd vəzisi implantları ilə icra olunacağı bildirilib. Pasientin korreksiya əməliyyatı üçün ödədiyi vəsait məhz bu implantların sifarişi üçün ödənilmişdir və bu məqam pasientə izah edilmişdir. Pasientin bütün söylənilənlərə raziliği alınmışdır. Mövcud söylənilənlər, bu qısa vaxtda təkrari əməliyyatın icrasının risk dərəcəsi pasientə bir daha təkrari olaraq izah edilmişdir.

Pasient öz israrlı istəyini planlaşdırılan nigah mərasiminə qədər olan vaxtın qısa olması ilə əsaslandırmışdır. Mövcud riskləri və ehtimal olunan alternativ nəticələri gözəl anladığını bildirmişdir. Qeyd edim ki, pasientlə aparılan bütün müayinələr kifayət qədər səmimiyyət şəraitində keçmişdir.

Əməliyyat zamanı assimmetriyanı aradan qaldirmaq 1-ci prinsipial məqam, daha sonra isə mümkün qədər süd vəzilərinin böyüdülməsi məqsədini nəzərə alaraq 2-cili sağalmiş sağ süd vəzisi cərrahi taktiklərlə formalaşdırılmışdır – korreskiya edilmişdir. Eyni tərəfin hecmini artırmaq məqsədilə süd vəzi implantı yərləşdirlimişdir, mövcud hal böyük implantın istifadəsi və nəticə etibarı ilə qarşı tərəfdəki süd vəzisi üçün də implant istifadə olunaraq böyüdülməsi üçün tam uyğun olmadıgı müyyənləşdirilmişdir.. qarşı tərəfdəki süd vəzisi sağ süd vəzisinin yekun ölçü və formasına uyğun korreksiya edilmişdir.

Əməliyyatdan sonrakı dövrdə pasientə bütün əməliyyat müddətində olan məqaməlar tam dolğunluğu ilə izah edilmişdir. Nigah mərasimindən sonra süd vəzilərinin həcminin daha da böyüdülməsi məqsədilə müqayisəli böyük ölçülü implantın eyni zamanda hər iki süd vəzisi üçün icrası razılaşdırılmışdır.

Pasient ilk 3-4 həfə ərzində təyin olunmuş vaxtlarda mütəmadi kontrol muayinələrdə olmuşdur. Növbəti müayinə üçün 3.5 ay sonra (oktyabr 2014) müraciət etmişdir. Müayinələrdə nəticənin kifayət qədər adekvat olduğu müyyənləşdirilmişdir. Pasient son müddətdə bir az daha çəki aldığını bildimişdir.

Öncədən izah olunduğu kimi növbəti korreksiya məqamı pasientlə təkrari müzakirə edilmişdir. Bu keçirilmiş əməliyyatdan minimum 6 ay sonraya (yanvar fevral 2015) planlaşdırılmışdır.

Qeyd edim ki, pasientlə və yaxınları ilə ilk əməliyatdan sonrakı müşahidə, müyainələr, son oktyabr kontroluna qədər bütün görüşmələr kifayət qədər səmimiyyət şəraitində keçmişdir. Pasient icra olunan korreksiya əməliyyatından sonra minnətdarlığını bildirərək, məmnunluğunu ifadə etmişdir.

Yazılan məqaləyə fikrimi bildirməyim həm zərurət, həm də ilk öncə bir insan və daha sonra bir mütəxəssis kimi məsələyə dair öz baxış bucağımı bildirməkdir.

Eyni zamanda pasient ilə ilk konsultasiya və əməliyyat keçirən mütəxəssisin fikrininin araşdırılıb dərc olunması da məncə şərtdir.

Hər bir halın izahı həm pasient üçün, həm də oxucu, cəmiyyət üçün faydalılığı ilə təzahür etməlidir.
Azərbaycanda plastik cərrahi əməliyatların icrası kifayət müddətdir ki, reallaşdırılır.

Son 10-15 il üçün təbii ki, daha geniş vüsət almışdır. Bu istiqamətdə həm azərbaycanlı mütəxəsssislər, həm də digər ölkələrdən dəvət olunan mütəxəssislər (Amerika, Almaniya, Rusiya, Türkiyə, İran və s.) fəaliyyət göstərirlər. Müəyyən mənada pasientlər üçün nisbətən yeni istiqamət olduğundan həm mütəxəssislər icra olunan müdaxilələr barədə bacardıqca ətraflı məlumat (televiziya, internet, KİV , konsultasiyalar və s.) verməli, həm də pasientlər özlərinə aid olan halda onları maraqlandıran bütün suallara cavab tapmalıdırlar. Nəzərə alsaq ki, plastik estetik rekonstruktiv cərrahiyyədə pasient potensialını rekonstruktiv sahəni ayırmaqla daha çox somatik sağlam (yəni orqanizmləri sağlam olan ) insanlar formalaşdırırlar, əməliyyatdan sonra mövcud ola biləcək, qarşıya çıxması ehtimal olunan bütün fəsadlaşma, ağırlaşma məqamlarından məlumatlı olmalıdırlar. Digər cərrahi sahələrdə bu fəsadlaşma, ağırlaşma ehtimalı nisbətən yüksək olmasına baxmayaraq, plastik estetik cərrahiyyədə və məxsusilə də rekonstruktiv cərrahiyyədə heç vaxt 0 sıfır deyildir.

Pasient üçün bütün keçirdiyi emosional məqamları ilk olaraq bir insan kimi başa düşürəm, çətin olsa da bacardıqca təmkin və hövsələ nümayiş etdirərək düşünüldüyü kimi təyin olunmuş periodlarda növbəti korreksiya etapını reallaşdırmağı tövsiyə edirəm.
İcrasına ehtiyac olan əməliyyatın Azərbaycanda icrası tam mümkündür, digər ölkə və mütəxəssislərə müraciət etmək pasientin haqqıdır.

Bu mənim plastik estetik rekonstruktiv cərrah olaraq fikrim – mövqeyimdir. Bütün doğan suallara, maraqlandıran məqamlara hər zaman cavab vərməyə hazıram…

Abduləli Əliyev
Email: [email protected]
Tel: +994 50 355 88 55

***

Yazı ilə bu link vasitəsi ilə tanış ola bilərsiz…

http://bizimyol.info/news/47190.html

Bizimxeber.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR