Pulun olsa həbsxanada hər şey mümkündür?

1422389410_563474-cü kalonda cəza çəkən Lamiyə Quliyevanın uşağının atasının kimliyi hazırda aktual mövzu olaraq qalır. Uşağının atasının kimliyi guya müəyyən olunub, ancaq problem davam edir.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb. Bir müddət əvvəl Lamiyə ana olub. Uşağın atasının kimliyi məsələsi cəmiyyətdə ciddi müzakirə olunub.
Buninla bağlı Lamiyə Quliyeva ANS telekanalına müsahibə verib: “ Mənim uşağımın atası məhkumdur. Mən onunla görüşmüşəm. DNT analizinin nəticəsinə görə də mənim uşağımın atası Elnur Rəsulovdur. Məni Kürdəxanı təcridxanasına göndərəndə onunla tanış olmuşam”.
Lamiyə Quliyeva süni mayalanma məsələsinə də aydınlıq gətirib: “ Bu mümkün deyil. Onda bütün məhkum qadınlar ana olardı. Mən laborant, professor deyiləm ki, bu yolla uşağa qalım. Bizə görüşmək üçün şərait yaratdılar və mən ana oldum. Ola bilər ki, həmin şəxs evlidir, ailəlidir, uşaqları var. Ona görə həqiqəti demək istəməyib. Bu çirkli söhbətdir”.
Quliyeva onu da bildirib ki: “Nə mən, nə də ailəmiz istəmirik ki, bu məsələ cəmiyyətdə müzakirə olunsun”.
Quliyeva kalonun keçmiş rəisi ilə münasibətinə aydınlıq gətirib: “ Onunla münasibətim məhkum-rəis münasibəti idi”. (vesti.az)
“Mənim uşağımın atası məhkumdur. Bunu könüllü verdiyimiz DNT-nin nəticəsi də göstərdi. Bu mövzuda heç bir məqam yoxdur”. Bu sözləri ANS-ə Lamiyə Quliyeva deyib.(haqqin.az)
Elnur Rəsulov isə ANS-ə müsahibəsində Lamiyə Quliyevanın dediklərini inkar edib: “ O məni aldadıb. Mən istəmirəm ailəm dağılsın. Biz onunla havalandırma şaxtası vasitəsilə danışırdıq. Danıqşılarımızın birində Lamiyə məndən sperma istədi. Mən onun istəyini yerinə yetirdim. Sonrakı danışıqlarımızda o mənə dedi ki, hamilədir. Mən inanmadım…elə bildim zarafat edir”.
Elnur Rəsulov onu da bildirib ki, qadın və kişi məhkumların görüşməsi mümkün deyil, nəinki sevişmək…(day.az)
Baş verənlərlə bağlı Ömürlük məhkumların hüquqlarını müdafiə komitəsinin başçısı Müslümat Rzaxanova bildirib ki: “ Cəzaçəlmə müəssisəsində pulun olsa hər şey mümkündür. Mənim oğlum da Bayıl türməsində yatır. Nəzarətçilərə pul versən kimlə istəsən görüşə bilərsən. Türmədə hər xidmətin öz haqqı var”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR