Qəfil evlənmə təklifinə qadının reaksiyası – VİDEO

34045Evlənmə təkliflərini rutinlikdən, adilikdən çıxarmaq istəyən və yaddaqalan olaya döndərmək istəyənlər az deyil. Bəzilərində bu cəhd uğurlu alınır, bəzilərində isə müvəffəqiyyət o qədər də gözədəyən olmur.
Lakin iki amerikalının ailəsinin təməlinin qoyulduğu bu hadisə romantik olduğu qədər, maraqlıdır.
ABŞ-ın Miçiqan ştatındakı Troy şəhərində yaşayan 33 yaşlı kinoprodüser Kenni Mersye sevgilisi Layza Holloueyə evlilik təklifini smartfona çəkib.
Kenni sevgilisinə birgə selfi çəkdirməyi təklif edib, Layza da razılaşıb.
Bu zaman telefonun kamerasının düyməsini basan Kenni qəflətən: “Deyəsən, alınmadı. Bir qədər gözlə!” – deyib və telefonu düzəltmək adı ilə diz çöküb.
O, cibindən nişan üzüyü çıxarıb və Layzaya təklif edib.
Smartfonun ekranında isə “Mənimlə evlənərsən?” yazılmışdı.
Layzanın reaksiyası maraqlıdır.
“Aman Tanrım! İnanmıram! Sən ciddisən?! Aldatmırsan?! Bu real təklifdir?! Doğrudan?! Aman Tanrım! Aldatmırsan?! – Layza bu kəlmələri birnəfəsə söyləyib. (milli.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR