Qəzetlər 109 xidmətinə pul ödəmir?

скачанные файлыAgentliyimiz hər ay Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 109 xidmətindən istifadəyə görə kifayət qədər pul ödəyir. Məlumdur ki, araşdırma aparan jurnalistlər 109 xidmətindən istifadə etməyə məcburdurlar. Bu isə çox baha başa gəlir… Məlumdur ki, hökumətimiz qəzetlərin fəaliyyət göstərməsi üçün kifayət qədər maliyyə dəstəyi verir. Ancaq elektron KİV-lər bu dəstəkdən məhrumdurlar. images (2)Bu məsələ ilə bağlı sualımıza cavab verən “Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev müxbirimizə bildirib ki: “ Bu gün dövlətimiz qəzetlərə maliyyə yardımı edir. Bu isə imkan verir ki, xidmət haqlarını ödəsinlər. Ancaq elektron KİV-lərin belə imkanı yoxdur”. Arif Əliyev onu da bildirib ki, inkişaf eləmiş ölkələrdə скачанные файлы (2)KİV-lər telefon xidmətlərindən pulsuz istifadə edirlər və dəyən zərəri dövlət ödəyir”. скачанные файлы (1)Bu mövzu ilə bağlı “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı müxbirimizə bildirib ki, 109 xidmətinə görə redaksiyamız pul ödəyir. “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu isə ümumiyyətlə 109 xidmətindən xəbəri olmadığını bildirib. “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev isə 109 xidmətindən istifadə etmədiklərini söylədi. imagesQafqaz Xəbər Agentliyinə daxil olan saytların əməkdaşları kimi “Yeni Müsavat” və “Bizim yol”un əməkdaşları da jurnalist araşdırması aparır. Bəlkə onlar 109 xidmətinə pul ödəməkdən azaddırlar? images (1)Bu barədə sualımıza cavab verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirdi ki, belə deyil, kim 109-dan istifadə edirsə, pul ödəyir.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR