Qadın deputat parlamentdə soyundu (FOTO)

84843Belçika parlamentinin qadın deputatının çəkdirdiyi fotolar hər kəsin diqqətini cəlb edib. ANS PRESS-in məlumatına görə, türk əsilli Zuhal Dəmir Belçika Federal Məclisinin üzvüdür.

Qadın deputat “P-Magazine” jurnalının üz qabığına çəkilib. “Yeni Flaman İttifaqı” (N-VA) üzvü olan 35 yaşlı Dəmirin diqqət mərkəzinə düşməsinə səbəb isə geyindiyi açıq-saçıq geyimləri olub. Ən maraqlısı isə odur ki, fotolar parlamentin müxtəlif məkanlarında çəkilib.

“P-Magazine” jurnalında ilk dəfə bir siyasi xadim üz qabığına çəkildiyi üçün bu həm də tarixi jurnaldır. Jurnalın anonsu “parlamentin gerçək bombası” kimi verilib.

Qadın deputat özü fotoları ilə bağlı açıqlamasında steriotipləri yıxmaqla bağlı problemi olmadığını deyib. “Bunu etməyə cəsarət edən ilk insanam. Hər kəs mənim kim olduğumu və mövqeyimi bilir. Bu hekayənin məni izləyəcəyini düşünmürəm. Müsbət reaksiyalar alıram”.

Federal Məclisin sədri də dərin dekolteli fotoların parlament binasında çəkilməsinin hər hansı problem yaratmadığını deyib.

 

262b8e4e69bd 2506f5e080ef

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR