Qafqaz Xəbər Agentliyinə təzyiqlər davam edir

скачанные файлыQafqaz Xəbər Agentliyi ( rus dilli qafqaznews.org, azərbaycandilli qafqaznews.az, legion.az saytları ) fəaliyyət göstərdiyi 1 il müddətində ölkəmizin azərbaycan və rusdilli oxucularının böyük rəğbətini qazanmışdır. Agentliyimiz az vaxtda müxtəlif fəaliyyət sferalarında baş verən qanunsuzluqlarla, neqativ hallarla bağlı ciddi jurnalist araşdırmaları apararaq cəmiyyətin diqqətinə təqdim edib.
Bizim əsas məqsədimiz kimisə ifşa eləmək, kiminsə cəzalandırılmasına nail olmaq deyil. Əsas hədəfimiz ölkəmizdə qanunların aliliyinin qorunmasına, mülkiyyət toxunulmazlığına nail olmaq, hüququ tapdanan vətəndaşlarımıza yardımçı olmaqdır.
Unutmaq lazım deyil ki, bu gün vətəndaşlarımız hüquq-mühafizə orqanlarından, icra orqanlarından daha çox mediaya üz tuturlar.
Bir sözlə, az vaxtda üzərimizə düşən vəzifəni dövlətimiz və millətimiz üçün yerinə yetirməyə çalışmışıq. Ancaq bizim fəaliyyətimiz “bulanıq suda rüşvət alan” bəzi məmurların xoşuna gəlməyib. Ona görə də az vaxtda agentliyimizi qanuni icarəyə götürdüyü ofisdən kənarlaşdırıblar. Bununla kifayətlənməyərək, sistemli şəkildə hər gün ölkə daxilindən və xaricdən haker hücumlarına məruz qoyublar. Bu isə bizə imkan verimir ki, normal fəaliyyət göstərək. Amma imkanlarımız daxilində saytlarımızın təhlükəsizliyini təmin edə bildik.
Belə olanda agentliyimizin fəaliyyətindən narazı olan qüvvələr
başqa bir varianta əl atmalı oldular.
Və son günlər əməkdaşlarımızın mobil telefonlarına və redaksiyamızın telefonlarına dayanmadan müxtəlif xarici nömrələrdən ( 74993464260, 74993464310, 74993464197, 74993462061 və s ) robot-zənglər gəlir və telefona cavab verən olmur. Zənglərin dayanmadan və fasiləsiz olması redaksiyanın iş ahəngini pozur.
Qafqaz Xəbər Agentliyi bəyan edir ki, bütün bu təzyiqlərə və əngəllərə baxmayaraq öz mübarizəsini axıradək davam etdirəcək və cəmiyyətimizin inkişafına öz töhfəsini verəcəkdir.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR