Qafqaz Xəbər Agentliyinin müraciəti

mainAzərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına,

Daxili İşlər Naziri cənab Ramil Usubova,

 Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova

Rəhbərlik etdiyim Qafqaz Xəbər Agentliyi ( rus dilli qafqaznews.org, azərbaycandilli qafqaznews.az, legion.az saytları ) fəaliyyət göstərdiyi 1 il müddətində ölkəmizin azərbaycan və rusdilli oxucularının böyük rəğbətini qazanmışdır. Agentliyimiz az vaxtda müxtəlif fəaliyyət sferalarında baş verən qanunsuzluqlarla, neqativ hallarla bağlı ciddi jurnalist araşdırmaları apraraq cəmiyyətin diqqətinə təqdim edib. Bizim əsas məqsədimiz kimisə ifşa eləmək, kiminsə cəzalandırılmasına nail olmaq deyil. Əsas hədəfimiz ölkəmizdə qanunların aliliyinin qorunmasına, mülküyyət toxunulmazlığına nail olmaq, hüququ tapdanan vətəndaşlarımıza yardımçı olmaqdır. Unutmaq lazım deyil ki, bu gün vətəndaşlarımız hüquq-mühafizə orqanlarından, icra orqanlarından daha çox mediaya üz tuturlar. Bir sözlə, az vaxtda üzərimizə düşən vəzifəni dövlətimiz və millətimiz üçün yerinə yetirməyə çalışmışıq. Ancaq bizim fəaliyyətimiz “bulanıq suda rüşvət alan” bəzi məmurların xoşuna gəlməyib. Ona görə də az vaxtda agentliyimizi qanuni icarəyə götürdüyü ofisdən kənarlaşdırıblar. Bununla kifayətlənməyərək, sistemli şəkildə hər gün ölkə daxilindən və xaricdən haker hücumlarına məruz qoyublar. Bu isə bizə imkan verimir ki, normal fəaliyyət göstərək. Amma imkanlarımız daxilində saytlarımızın təhlükəsizliyini təmin edə bildik. Belə olanda agentliyimizin fəaliyyətindən narazı olan bəzi qüvvələr başqa bir varianta əl atmalı oldular. Və son günlər əməkdaşlarımızın mobil telefonlarına və redaksiyamızın telefonlarına dayanmadan müxtəlif xarici nömrələrdən ( 74993464260, 74993464310, 74993464197, 74993462061 və s ) robot-zənglər gəlir və telefona cavab verən olmur. Zənglərin dayanmadan və fasiləsiz olması redaksiyanın iş ahəngini pozur. Cənab Prezident! Qafqaz Xəbər Agentliyi olaraq Sizdən xahiş edirik ki, agentliyimizə yaradılan əngəllərin aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına göstəriş verəsiniz.

Hörmətlə, Qafqaz Xəbər Agentliyinin baş direktoru Rəşad Rüstəmov

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR