Qazaxda yeni xəstəxana kompleksinin tikintisi niyə yubanır?

1425111325_qazax-xastaxanaMəsələ ilə bağlı rayonun icra başçısı Ayaz Əsgərovun səhiyyə naziri Oqtay Şirəliyevi qınadığı deyilir

Regionların sosial inkişaf proqramı çərçivəsində Qazax rayonuna ayrılan milyonlarla manat vəsaitin  təyinatı üzrə xərclənməsinə bilavasitə cavabdeh olan şəxslər nədənsə tikilməkdə olan obyektlərin keyfiyyət standartlarına cavab verib-verməməsi  ilə maraqlanmır.

Tikintilərdə əlavə israfçılıq faktlarının üstündən isə sükutla keçilir. Rayonda 145 çarpayılıq Mərkəzi Xəstəxananın yeni binasının tikintisinin məhz bu səbəblərdən dayandırılması fikrinə müvafiq qurumlardan hələ ki, reaksiya verilmir. Bu susqunluğun yaranmasında büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin olmaması da öz sözünü deyib. Qazaxda çoxları bu qənaətdədir ki, icra başçısı rayonun gələcək inkişafı ilə bağlı ayrılan vəsaitlərin taleyinə biganə qala bilməz. Bu biganəliyin kökündə isə ciddi maliyyə yeyintilərini pərdələmə cəhdləri dayana bilər. Belə getsə, rayonda tikilməkdə olan xəstəxana binasının aqibəti heç də xoş olmayacaq. Xəstəxana tikintisində fasilələrin yaranması rayon camaatı arasında bir sıra suallar doğurub. Bu da bir yana, işlərin keyfiyyətsiz və başdansovdu aparılmasına əsas verən məqamlar da az deyil. Maraqlıdır ki, belə söz-söhbətlərin yayılmasının qarşısını almaq üçün tikintini aparan təşkilatın rəhbərliyi iş icraçılarına yerli işçi qüvəsindən çox ehtiyatla istifadə etməyi tapşırıb. Hazırda tikintidə çalışanların əsas hissəsi qonşu rayonlardan gələnlərdir. Yəqin ki, bu məlumatlar araşdırılaraq məsələyə tezliklə aydınlıq gətiriləcək. Bir faktı da qeyd etmək yerinə düşər ki, rayonda xəstəxana  kompleksinin tikintisində çalşan fəhlələrin real sayının əmək müfəttişliyi və vergi orqanlarından gizlədildiyi xəbəri də yayılıb. Bu xəbəri tikinti şirkəti təkzib etməyə hələ ki, tələsmir. Çünki, əlavə vəsait hayındadır. Qazaxda xəstəxana binasının tikintisinə Səhiyyə Nazirliyinin rəhbərləri tərəfindən sərgilənən belə soyuq münasibətin dəyişəcəyinə hələ ki, yalnız ümid etmək olar.

gundelik-baku.com

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR