“Qiymət artımı görəndə bu nömrələrə zəng vurun…”

34364Bunu açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. O qeyd edib ki, artıq çörəyin və dərman pereparatlarının qiymətinin süni qaldırılması ilə bağlı tədbirlər görülüb: “Dərman preparatlarının qiymətlərinin artması barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, görülmüş tədbirlər nəticəsində dərman preparatlarının satış qiyməti əvvəlki səviyyəyə qaytarılıb”.
İstehlak bazarında nəzarət tədbirlərinin  davam etdirildiyini vurğulayan A.Əliyev qiymət bahalaşmasına yol verənlərin cəzalandırılacağını qeyd edib. O həmçinin süni qiymət artımı ilə qarşılaşanlara Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  ilə əlaqə saxlamasını  tövsiyyə edib: “Artımla qarşılaşanlar bu telefon  nömrələri – 498 -15-01 498-15 -04 (195-2)  ilə əlaqə  saxlaya bilərlər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR