Qobustan həbsxanasında nə baş verir?

скачанные файлыQobustan həbsxanası qapalı tipli cəzaçəkmə müəssisəsdir. Azərbaycanın paytaxtı Bakı şəhərindən 70 km məsafədə yerləşir. Əsasən, təhlükəli cinayətkarlar, ömürlük və uzunmüddətli dustaqlar, rejim qaydalarını pozanlar üçün nəzərdə tutulub. Bura 250 nəfər ömürlük olmaq şərtilə 700 nəfər dustaq üçündür. 1994-1999-cu illərdə hərbi əsirlər üçün düşərgə kimi istifadə olunub. Mətbuatda bu həbsxanada baş verənlərlə bağlı nadir hallarda məlumat gedir. Bu yaxınlarda Ömürlük dustaqların hüquqlarını müdafiə komitəsinin rəhbəri Müslümat Rzaxanova qafqaznews.org-a müraciət edib. Onun sözlərinə görə, Qobustan həbsxanasında supermarket açılıb: “ Bu məsələ məhkumlar arasında narazılığa səbəb olub. Çünki məhkumlara 25 manatdan artıq pul verilə bilməz. Ona görə də dustaqlar zəruri olan ərzağı bu supermarketdən ala bilmirlər”. Müslümat Rzaxanova həbsxana rəhbərliyinin tətbiq etdiyi yeni qaydalardan da danışdı: “ Yeni qaydaya uyğun olaraq dustağa 31 kq-dan artıq ərzaq vermək olmaz. Əgər dustaqlar evdən zəruri ərzağı almasalar , sadəcə məhv olarlar”. Müxbirimizin “Nə üçün?” sualına Rzaxanova belə cavab verib: “ Çünki həbsxanada verilən ərzaqlar çox aşağı kefiyyətlidir. Düzdür, Fikrət Qafarov həbsxanaya rəis təyin olunandan sonra ərzaqla təminat məsələsi xeyli yaxşılaşmışdı. Ancaq son vaxtlar ərzaq məsələsi yenə də pisləşib”. Biz bu məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin mətbuat üzrə köməkçisi Yaşar İsakovla əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR