Rəsmi müharibə anonsu verildi

59491“Ukrayna Rusiya ilə geniş miqyaslı müharibəyə hazırlaşır”

Ukrayna xarici işlər nazirinin müavini Vadim Pristayko Rusiya ilə geniş miqyaslı müharibəyə hazırlaşdıqlarını bildirib.

ANS PRESS-in məlumatına görə, bu barədə “RİA” xəbər agentliyi xəbər verib.

Onun sözlərinə görə, Kanadadan silahın çatdırılmaları Ukraynaya çox lazımdır.

“Müharibə ehtimalı çox yüksəkdir. Biz hamını qorxutmaq istəmirik, amma biz tammiqyaslı müharibəyə hazırlaşırıq. Biz istəyirik ki, Kanada Ukraynaya ölümcül silahı göndərsin. Bu silah bizə özünü qorumağa imkan verəcək”, – deyə Kanadanın CBC radiostansiyasına müsahibəsində Pristayko bildirib.

Silahın çatdırılmalarından başqa, Pristayko həmçinin Kanada və Yaponiyanın daha əvvəl söz verdiyi maliyyə köməyinin əhəmiyyətini vurğulayıb.

Daha əvvəl Pentaqon bildirib ki, ABŞ Ukraynaya silah verməyəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR