Ərdoğanın bəyəndiyi sumqayıtlı rəssamla söhbət-FOTOLAR (1-HİSSƏ)

10469279_729479193833648_3869930975074265490_nQafqaz Xəbər Agentliyi təqdim edir :

Bu yaxınlarda yaşadığım Sumqayıtda elə-belə gəzintiyə çıxmışdım və “Göyərçin”ə çatmamış CAVAD ART GALAREYA adlı yeri görəndə yaxşı mənada təəccübləndim. Təəccübləndim və ən əsası isə hər gün artan minlərlə marketlərin,şadlıq evlərinin və s. fonunda  şəhərdə belə bir mədəniyyət ocağının peyda olmasına sevindim.İçəri daxil olanda sanki gərginlikdən əsər-əlamət olmayan sehrli bir aləmə düşdüm.Bu kiçik incəsənət ocağında böyük bir müsbət auranın,enerinin  dalğasını  o dəqiqə hiss etdim.Əlbəttə şəhərdə hökm sürən alış–veriş,bazar atmosferində daha çox mənfi emosiyaların yayıldığı bir zamanda içəri girən kimi  normal adamda müsbət hisslər  oyadan belə bir məkan və onun sahibi köhnə sumqayıtlı kimi məndə maraq oyatmaya bilməzdi. Əslində belə bir qala443reyanın açılması nəinki Sumqayıt üçün,ümumən  Azərbaycan üçün  də əlamətdar hadisə sayıla bilər.Çünki çoxmilyonlu Bakıda belə rəsm qalereyası hər gün açılmır.Düzdür, qalareya pulsuz sərgi deyil,ancaq buraya kommersiya obyekti də deməyə adamın dili gəlmir.Elə müsahibim özü də etiraf edir ki,o qalareyaya təkcə  gəlir mənbəyi kimi,gələnlərə isə  təkcə müştəri gözü ilə baxmır.Onun üçün  qalareya puldan çox mənəvi dəyər anlamı kəsb edir. Özü də etiraf edir ki,onsuz da qalareyanın gəliri xərci ödəmir. Bilmirəm təsadüfdəndir yoxsa,şəhərin kiçik olmasından(dünya dardır)müsahibə alan gün ona rəssamlığın sirlərini öyrədən Telman Yaqubov  da qalareyada idi.

Hansi ki, vaxtı ilə 27 nömrəli  məktəbdə mənim müəllimim olub.Özü də çox təmkinli ,heç zaman şagirdlərin üstünə səsini ucaltmayan, məndə ancaq xoş xatirələr oyadan rəssam Telman  Yaqubov. Söhbətdə ara-sıra Telman müəllim də öz dəyərli fikirlərini bizimlə bölüşür.

Qısa arayış: Namiq Cavad,rəssam.1971-ci ildə Sumqayıt şəhərində doğulub. Uşaq vaxtlarında hamının küçə-bacada oynadığı vaxt, o evdə şəkillər çəkib. Bunu görən valideyinləri onu məktəbin rəsm dərnəyinə yazıb.İlk təhsilini elə Telman Yaqubovun rəsm dərnəyinə getdiyi 27 saylı məktəbdə alıb.

Namiq-Cavad-210x3771991-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq texnikumunu, 1996 – N.Tusi adına Azərbaycan Pedaqoji İnstitutun bədii qrafika fakultəsini bitirib.

Türkiyədə 2001 –ci ildə Beşiktaşda, 2000 – ci ildə isə, İstanbul sənət qalereyasında fərdi sərgiləri keçirilib.

Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Əsərləri dünyanın bir çox yerlərində o cümlədən Türkiyə, Amerika , Almanya, Fransa, Hindistan və digər yerlərdə satışa çıxarılır.

Sumqayıtda ilk özəl şəkil qalereyasının sahibi.

İ.K.:-Necə oldu ki, Sumqayitda şəkil qalareyası açmaq qərarına gəldiniz.Bu hansı zərurətdən doğdu?

N.C.:-1996-ildə mən məktəbi bitirəndən sonra İstanbula getdim.O zaman bizdə qalareya çox az idi.Mən İstanbulda bir neçə il qalareyalar ilə işlədim.Bu iş mənə yaxın olduğundan mənim çox xoşuma gəldi.Bizdə bu sahə o zaman çox zəif idi.Türkiyədən qayıdandan sonra sonra düşündüm ki,niyə bütün dünyada var,bizdə olmasın?!Elə orada olan zaman içimdə bir istək yarandı ki,inşallah allah mənə imkan yetirsin nə vaxtsa Azərbaycanda ,özü də məhz Sumqayıtda açım.Həm də bir var təkcə emalatxanan olsun,bir də var qalareyan.Şəxsi qalareya alıcılarla,ümumiyyətlə incəsənəti sevənlərlə  ünsiyyətdə olmaq,öz əsərlərini birbaşa satmaq,göstərmək imkanı deməkdir.

123 206İ.K.:-Niyə məhz şəhəri olan Sumqayıtda,axı Bakıda imkanlar daha genişdir,həm publika,həm də maddi cəhətdən.

N.C.:-Bilirəm.Mənə çox təkliflər gəldi ki,gəl Bakıda aç,orda çox pul qazanacaqsan.Amma  mən bu qalareyanı pul qazanmaq məqsədilə açmamışam.Mənim ürəyim istəyirdi ki,məhz doğma şəhərim Sumqayıtda açım qalareyanı.Bura mənə qazancdan çox daxili zövq verir, mən rəsm qalareyamı millətə xidmət,mədəni xidmət hesab edirəm.Mənə çox pis təsir edir ki,niyə  mənim millətimdən kimsə əlini uzadıb portretə deyir bu mənzərə neçəyədir? Niyə mənim millətim portretlə mənzərəni ayırd edə bilməsin… Mənim üçün maarifləndirmək daha əsasdır,nəinki nəsə satmaq.Mənə sadəcə xoş olur ki,kimsə şəkil almasa belə nəsə öyrənib getsin.Bu mənə bəs edir.Hal-hazırda da mənim qazancım burdan deyil .

İ.K.:-Nə səbəbdən Türkiyədən qayıtdınız.Orda hər halda belə demək mümkünsə, karyeranız  daha perspektivli olardı hər halda.

N.C.:-Mən Türkiyədə yaşadığım müddətdə heç zaman nəzərimdə tutmamışdım ki,orada daima qalacam.Mən ora gedəndən nəzərimdə həmişə tutmuşam ki,mən orada müvəqqətiyəm.Bir xeyli müddət mənim əsərlərim orada auksionlarda satıldı.Onu da deyim ki,orada xoşa gəlməyən əsər heç zaman auksiona  ümumiyyətlə çıxarılmır. Mənə İstanbulda yaxşı təkliflər olurdu.Məsələn, mənə İstanbulda Akademiyada iş təklif olundu. Bundan başqa ABŞ-da qalareyaları olan, Avropada bu sahə üzrə Ekspert Şurasının üzvü ,Türkiyə qalereyaçılığının duayeni, Yahşi Baraz mənə dedi ki,”niyə bizdə dərs demək istəmirsiniz?! Mən dedim ki,bəy mən istəmirəm bir yerə bağlı qalım.Rəssam sərbəstliyi xoşlayır. Mən 2008-cən davamlı Türkiyədə yaşamışam. Amma bu o demək deyil ki,mən əlaqəni təmiz üzmüşəm.Mənim orada yenə də çevrəm qalır.Burda yaşaya-yaşaya xaricdən sifarişlər qəbul edirəm.Əlbəttə mən qardaş ölkədə qalsa idim işimi daha geniş qurardım.Amma mən Azərbaycanda yaşamağı o cəlbedici,sərfəli təkliflərdən,imkanlardan  qat-qat üstün tuturam və bu məni qane edir.Mən bu qalareyadan elə bir qazanc etmirəm .Türkiyədə  Namiq Cavad imzası ilə bir portret ustası kimi artıq tanınıram. Çevrəmdə Türkiyənin ən üst təbəqədən olan adamlar var ki,hansılar ki,mənə sifarişlər verirlər.Tayyib Ərdoğanacan portretlərim var.Mən Türkiyə ilə əlaqələri tamam üzməmişəm,yenə də gedib gəlirəm.123 209

i.K.:-Belə bir  fikir var ki,yaradıcılıq dərdin, faciənin məhsuludur.Tarixdən məlumdur ki,bir çox tanınmış rəssamlar kasıbçılıq, ehtiyac içində yaşyıblar,faciəli  ömür sürüblər.İndi onların əsərləri milyonlarla dollara satılsa da sağlıqlarında tanınmayıblar.Dahi əsər yaratmaq üçün rəssam mütləq məşəqqətli həyat sürməlidir?!Bu qanunayuğunluqdur yoxsa…?  Elə  ən körkəmli rəssamlarımızdan biri Səttar Bəhlulzadənin də qəribəlikləri çox olub.

T.Y.:-Bu belədir.Belə rəssamlar çox olub;Van Qoq qulağını kəsib, ağlını itirib, sonda özünə qəsd  edib.O ölümündən sonra məşhurlaşıb.Dahi holland rəssamı və qrafiki Rebrant haqda oxuyursan görürsən ömrünün son illərini ehtiyac içində yaşayıb,çəkdiyi şəkillərin pulunu vermirlərmiş. Ancaq indi əsərləri milyonlara satılır,muzeylərdə qiymətli əsər kimi saxlanılır. Belə misallar çox çəkmək olar. Amma şəxsi həyatda xoşbəxt olmamaq ,kasıb olmaq  dahi sənət əsərləri yaratmaq üçün mütləq şərt deyil.

Zamanında qiymətini almış, tez bir zamanda milyonçu olmuş rəssamlar var ki, hətta varlanandan sonra  da gözəl əsərlər yaradıb. Məsələn,Pablo Pikasso, Anri Matiss, Oqüst Renuar, Klod Mone, Salvador Dali və sairə.Necə deyərlər incəsənət qurban tələb edir.Sənəti sevirsənsə nəyisə qurban vermək lazımdır.Mən məsələn qurban vermədim tamam.Mən həm ailəni tutdum,həm məktəbi,həm də rəssamlığı. Amma elə insanlar var ki,rəssamlığı üstün tutur,nəinki ailəni, cəmiyyəti…10405658_758800237501920_5419637825724173754_n

İ.K.:-Namiq müəllim ,portret janrına daha çox üstünlük verirsiniz. Məlumdur ki, yazıçı əsər yazanda əks elədiyi küçəni gedib görür ki,onu hiss etsin,əsər inandırıcı olsun.Rəssam kiminsə portretinin çəkərkən onun daxili aləmini,xarakterini bilməsi vacibdir.

N.C.:-Əlbəttə,imkan varsa yaxşı olar ki,tanıyasan. Çünki portretini çəkdiyin adamın xarakteri ilə tanış olduqda portret daha qüsursuz alınır.Çünki onun xarakteri üz cizgiləri ilə əks olunur.

T.Y.:– Rəssam tanımadığı adamın portretini çəkdiyi zaman normalda onda danışdırır ki,”içərisini” öyrənsin və onun obrazı haqda təssəvvürü yaransın.Onun daxili aləmini öyrənəndən sonra artıq rəssamda şəklini çədiyi adamın obrazı yaranır.Və rəssam artıq real insanı deyil məhz həmin obrazı çəkir.

İ.K.:-Hansı məhşurların portretini çəkmisiniz ? Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  çəkdiyiniz şəklinin tarixçəsi necə olub?

N.C.:-Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, bəli, dünyaca məşhur bir çox insanların evində, iş otaqlarında mənim əl işlərim yer alıb. Bunların sırasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın sabiq prezidenti Heydər Əliyev, “Doğan” şirkətlər qrupunun rəhbəri Aydın Doğanın ailəsi və sairə. Türkiyədə adlı-sanlı “Koçaklar” ailəsinin şəxsi rəssamıyam. Ölkəmizin bir çox tanınmış şəxsləri, məmurları və iş adamları mənə müraciət edirlər. Adını çəkməyəcəm, bir dəfə bir iş adamı məndən mərhum Heydər Əliyevin portretini çəkməyimi istədi. Mən də çəkdim. Prezidentə yaxın adamlardan biri o portretə baxaraq, heyrətə gəlmişdi. Özü şəxsən sonradan mənə dedi ki, mən o şəkilə baxanda elə bilirdim ki, cənab prezident yanımdadır, yəni canlıdır. Türkiyədə yaşadığım vaxtlarda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bacanağı Nuri bəylə tanış oldum. O da məndən o zaman İstanbul Bələdiyyəsinin sədri  olan Rəcəb Tayyib Ərdoğanın  portretini çəkməmi istədi və vurğuladı ki, ona pay aparacaq. Mən də şəklini çəkdim və ona təqdim etdim. Bir neçə vaxtdan sonra, Nuri bəy mənə bildirdi ki, cənab Ərdoğanın da iştirakı ilə bir yığıncaq olacaq, gələrsən səni göstərəcəm ki, bəyəndiyin şəklin müəllifi bu insandır. Lakin əfsuslar olsun ki,bərk  xəstə olduğum üçün çox qala bilmədim və Ərdoğanı gözləməyib getdim.

İ.K.:-Bu yaxınlarda oxudum ki, məşhur fransız rəboyakarı Pol Qogenin 1882-ci ildə yağlı boya ilə çəkilmiş Nafea Faa Ipoipo (Toy nə vaxtdır)adlı  rəsm əsəri 300 milyon dollara satılaraq qiymət rekordunu təzələyib. İstər-istəməz bu mövzu həmişə cəmiyyətdə maraq doğurur.Bir çox əsərlər var ki, böyk qiymətə satılır. Kütlə bunu başa düşmür, konkret bilmək istəyir ki, axı bu əsərlərdə nə var ki, bəzən çox adi görünən  əsər astronomik qiymətə auksionda satılır?!Nə var bu əsərlərdə qiymətli?! Ümumiyyətlə əsərin qiyməti,yaxşı pis olması neçə ölçülür?

T.Y.:-Bir çox hallarda həmin əsərlərin müəllifləri yazıçılar, jurnalistlər tərəfindən tanıdılır.Kimsə ortalığa düşüb onları təbliğ edir.Belə demək mümkünsə bəzi rəssamlar sadəcə  reklam edilərək məşhurlaşıb.Kolleksionerlər isə onları böyük qiymətə alıb satmaqla onların qiymətini  daha da qaldırır,onlara marağı daha da artırır.

N.C.:-Telman müəllimin dediyi də var,amma o da var ki,hər rəssam da məşhurlaşa bilmir.Əlbəttə hansısa rəssamı şou əhli kimi populyarlaşdırmaq olar.Hansı ki,o buna  layiq deyil, onun əsərləri o səviyyədə deyil.Onu süni surətdə bir müddət qaldıra bilərlər.Məsələn Türkiyədə biri var, adı yadımdan çıxıb,imkanlı bir insanın oğludur.Gedib Fransada təhsil alıb ,bir-iki il fırlanıb,çıxıb gəlib. Onun işləri layiq olmadığı əcaib bir qiymətə satılır. Sadəcə onu süni şəkildə populyarlaşdırıb ortaya atıblar. Ancaq bu səhənin də biliciləri,ekspertləri var ki, 10 əsəri qoy qabağına o həmin əsərlərin arasından o dəqiqə gözəl əsəri dəqiq müəyyən edəcək .Portreti hamı görə bilər ki ,yaxşıdır,yoxsa yox,oxşayır,yoxsa yox. Ancaq  postimpressionizm , impressionizm , kubizm, sürrealizm və sairə üslubda çəkilən əsərlərdəki rənglərin mənasını təbii ki, rəssam olmayan  görə bilmir.O rəssamlar ki, öləndən sonra işləri dəyərləndirilib,onlar lazımi mühitə düşə bilməyiblər,işlərini ortalığa çıxara bilməyiblər ki, geniş kütlə onları görsün. Amma sonradan get-gedə onların əslində gözəl rəssam olmaqları üzə çıxıb.

İ.K :- Sirr deyilsə ən baha satdığınız əsəriniz neçəyə olub? Xaricdə ən çox tanınan və ən baha satılan Azərbaycan rəssamları kimdir?

(ardı var)

Söhbətləşdi ,İmran Kərimli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

338352_131659560282284_987763096_o 460743_242732535841652_1376657356_o 476359_242933565821549_1392664525_o 10917808_807653432616600_4559076122134919111_o 10919772_795297850525207_5830040110531056143_o

123 211 123 220

123 191 123 193 123 195 123 196 123 197 123 198 123 199 123 200 123 201 123 202 123 205 442 443 2578_view 10386825_758459250869352_6297059212428620108_n 10405658_758800237501920_5419637825724173754_n 10450132_758459210869356_6453666180229278784_n 10484955_760141877367756_151353049452005865_n 10557321_758798144168796_2192538429377707028_n 10641054_760139617367982_196810659203308721_n 10931430_709763535805214_1271102821334846236_n

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR