Əri “çirkin, gombul” dedi, o isə…

8412239 yaşlı qadın ərinin təhqirinə dözmədi və hamını heyran etdi

Ərinin təhqirlərinə dözməyən qadın hamını şoka salıb. ANS PRESS-in məlumatına görə,
39 yaşlı ingilis qadına həyat yoldaşı daima “çirkin, gombul” deyə təhqir edib. Liz Kerslake bir gün bu təhqirlərə daha dözə bilməyəcəyini deyib.

Həyatını dəyişmək haqqında qərar verən Liz ilk iş olaraq həyat yoldaşından boşanıb. Sonra isə sağlam həyat tərzinə keçib. “Daily Mail”in yazdığına görə, ərinin dediklərindən sonra həyatı dəyişən qadın indi olduğundan daha gənc və seksual görünür.

O, əvvəlcə özü arıqlamağa çalışıb. Lakin nəticədən razı qalmadığı üçün mütəxəssis köməyinə müraciət edib. Boşandıqdan sonra bir kişi ilə tanış olması onun motivasiyasını artırıb. İkinci toyundan öncə o 25 kq çəki itirib və 5 bədən arıqlayıb.

Qadın bu gözəl nəticəyə nail olmaq üçün həftədə 4-5 dəfə idman salonuna gedib və proteinli qidalarla qidalanıb.

O, görüntüsü ilə bir zamanlar onu bəyənməyən ərini belə heyran qoya bilib.

c65103d451c9 772776cc9b0a

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR