Ronaldoya Messi şoku (VİDEO)

72249Argentinalı ulduz Ronaldonun rekorduna ortaq oldu

“Barselona”nın “Levante”ni 5-0 məğlub etdiyi matçda 3 qola imza atan Messi Ronaldonun rekorduna ortaq olub.

ANS PRESS-in məlumatına görə, Messi İspaniya liqasındası 23-cü het-trikini edib.

Bununla da o het trikləri ilə məşhurlaşan Ronaldoya çata bilib.

27 yaşlı futbolçu het-triki ilə Alfredo Di Stefano və Telmo Zarranı geridə qoyub.

Dünyanın ən yaxşı oyunçusu kimi göstərilən Messi üç dəfə FİFA-nın “Qızıl Top” mükafatına layiq görülüb.

La Liqanın 23-cü həftəsindəki matçda atılan qolların müəllifləri isə Messidən başqa Luis Suarez və Neymar olub. Messi 38, 59 və 65-ci dəqiqədə atdığı qollarla komandasının adını yüksəldə bilib.

Liqadakı 300-cü matçına çıxan Messi qol sayını 269-a çatdırıb. Argentinalı ulduzun bu mövsümdə vurduğu qoların sayı isə 26-dır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR