Röya: “Heç vaxt ikinci ərim olmayacaq”

1c4d842b30e11209957ad867d9f404ab_41775255a3fadb89ae363c36e125292bMüğənni Röya Ayxan şəxsi həyatından danışıb.

Qafqaznews.az-ın atvxəbər.az-a istinadən məlumatına görə, ifaçı yenidən ailə qurmayacağını deyib: “Düşünmürəm ki, yenidən ailə qurum. Həyat mənə elə bir dərslər verdi ki, “heç vaxt etmərəm”, “bilmirəm” sözlərini demərəm. Amma mənim heç vaxt ikinci ərim olmayacaq. Mənim ərim bir nəfər idi. Oldu və bitdi. Vəssalam. Ondan başqa heç kəsi istəmirəm”.

R. Ayxan “Keçmiş həyat yoldaşınız Anar Cəlilov yenidən ailə qursa, nə hiss edərsiz” sualına “Xoşbəxt olsun. O, məndən qat-qat artıq adam idi. Mən ona layiq deyiləmmiş” cavabını verib.

Qeyd edək ki, müğənni Röya Ayxan A.Cəlilovun ikinci həyat yoldaşı olub. Onlar ötən il ayrılıblar. Bu barədə ilk olaraq A.Cəlilov ictimaiyyətə bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR