Rusiya internetə vergi qoyur

84438_res_01Rusiya Mədəniyyət Nazirliyi ölkədə 2015-ci ilin üçüncü yarısında hər bir internet istifadəçisinə vergi tətbiq etməyə hazırlaşır.

Bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir. Məlumatda vurğulanır ki, nazirlik artıq yeni qanun layihəsi üzərində işlərə başlayıb. Qanun layihəsində ölkədə informasiya-texnologiya şəbəkələrində intellektual fəaliyyətin təkmilləşdirilməsi nəzərdə tutulur.

Rusiya Mədəniyyət Nazirliyi musiqi əsərləri və fonoqramlarına, audiovizual əsərlər və kitablara “qlobal lisenziya”ların tətbiq edilməsini təklif edir.

Təsdiqlənən məlumatlara görə, internet istifadəçiləri operatorlarla müqavilələr imzalayacaq və hər il bu operatora 300 rubl ödəyəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR