Rusiyada dollar və avro kəskin ucuzlaşdı

valyutnye_pary_foreks_grafikiDünya bazarlarında isə Brent markalı neft bahalaşdı.

Rusiyada dollar kəskin şəkildə ucuzlaşıb.

Qafqaznews.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır.

Belə ki, Moskva birjasında dolların məzənnəsi rubla nisbətən 88 qəpik enərək 61,97 rubl təşkil edib.

Avronun məzənnəsi isə 1,04 rubl ucuzlaşaraq 70,29 rubl təşkil edib.

Onu da bildirək ki, dünya bazarlarında Brent markalı neftin bir bareli aprel fyüçersinin qiyməti London İCE birjasında 0,58% bahalaşaraq 59,06 dollar təşkil edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR