Şəkidə ” Dövlət gənclər siyasəti- gənclər üçün imkanlar” adlı layihə həyata keçirilib-FOTO

IMG_3023Nailə İsmayılova: “2015- 2025- ci illərdə Azərbaycan gənclərinin İnkişafı Strategiyası” gənclərdə maraqla qarşılanıb”

Qafqaz Xəbər Agentliyi  bildirir ki,” Gəncliyin Sosial İqdisadi İnkişafına Kömək İctimai Birliyi” daha bir layihəni uğurla başa vurdu.  Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən ” Dövlət gənclər siyasəti- gənclər üçün imkanlar” adlı layihə çərçivəsində Şəki şəhərində gənclərə təlimlər keçirilib. Təlimlərlə davam edən tədbirdə təşkilatçılar, o cümlədən ” Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov və əməkdaşları, rayon İcra Hakimiyyəti nümayəndələri, ziyalılar və əsasən gənclər iştirak edib. Tədbirdə təşkilatçılar layihənin əhəmiyyətindən, dövlətin gənclər siyasətindən danışıblar.  Daha sonra çıxış edən ” Yeni Həyat”  Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, layihənin təlimçisi Nailə İsmayılova “Azərbaycan gəncliyi 2011- 2015- ci illərdə” Dövlət proqramından, “2015- 2025- ci illərdə Azərbaycan gənclərinin İnkişafı Strategiyası”ndan, “Azərbaycan 2020″ Gələcəyə Baxış İnkişaf Konsepsiyasından, ” Təhsil Strategiyası”ndan, “Xaricdə təhsil üzrə dövlət proqramı”ndan danışıb:

O, həmçinin region gənclərinin qarşılaşdıqları problemlər və onlardan çıxış yolları ilə bağlı gənclər üçün müzakirə də təşkil edib.

Sonda qonaqlar bu tipli layihələrə dəstək verdiyi üçün Gənclər və İdman Nazirliyinə təşəkkür edib, belə tədbirlərin regionlarda keçirilməsinin vacibliyini vurğulayıblar.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

IMG_3036 IMG_3050 IMG_3097 (1)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR