Şəmkirli gənc eşqini dağlara yazdı

59823Elburus adlı gəncin bu addımı türkləri də heyrətləndirib

Azərbaycanlı sənc sevgisini dağlara yazdı. Azərbaycan vətəndaşının sevgisi Türkiyənin də gündəminə düşə bilib.

ANS PRESS-in məlumatına görə, Şəmkirin Morul kəndində yaşayan Elburus Hüseynov kəndin ən yüksək təpəsindən sevgisini elan edib.

O, təpənin üzərində böyük bir ürək cızıb. Bununla da o sevdiyi qıza sevgisini sübut etməyə çalışıb.

Gənc daşların üzərini süngər və ağ boya ilə boyayıb. E.Hüseynov ağ boya ilə çəkdiyi qəlbin üzərində ox çəkməyi də unutmayıb.

Şəmkirli gənc sevdiyi qızın ona inanmadığı üçün bu yola əl atdığını deyib. Onun bu addımı kənd sakinlərinin marağına səbəb olsa da, sevdiyi qızın nə cavab verdiyi bilinmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR