Səudiyyə imamından şok açıqlama: “Dünya fırlanmır” (VİDEO)

11002061_887956141247055_2018202470_oghjSəudiyyə Ərəbistanından olan imam Şeyx Bender Əl Xeybəri yer kürəsinin fırlanmadığını iddia edib.

AzNews.az bu haqda məlumatı “Aljazeera”ya istinadən xəbər verib.

Şeyx tələbələrin dünyanın sabit olub-olmadığına dair suallarına “Dünya fırlanmır, hərəkət etmir” deyə cavab verib.

O, dünyanın fırlanmadığını sübut etməyə çalışıb, tələbələrə “Əgər dünya fırlanırsa, təyyarə havada uçanda Çin təyyarəyə tərəf gəlməzdimi?” sualını da verib və fikrini belə əsaslandırıb: “Əgər dünya əks tərəfə fırlansaydı, o zaman təyyarənin Çinə çatması qeyri-mümkün olardı, çünki Çin də təyyarə kimi yer kürəsiylə birlikdə fırlanardı”.

Videonun internetdə yayılması ilə “imam dünyanın fırlandığını rədd edir” haştagı ilə xeyli sayda tvitlər yazılıb.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR